Şücaəddin Əhməd xan

Şücaəddin Əhməd xan ibn Məhəmməd xan (15701618) — Turfanın, Çalışın (1635–1668), Məmləkəti-Moğoliyyənin və Yarkənd xanlığının hakimi.

Şücaəddin Əhməd xan
1610 – 1618
ƏvvəlkiIII Məhəmməd xan
SonrakıII Qurreyş xan
Şəxsi məlumatlar
Doğum tarixi 1570
Vəfat tarixi 1618
Atası III Məhəmməd xan
Ailəsi Cığataylılar
Dini islam

Şücaəddin Əhməd xan ibn Məhəmməd xan 1570-ci ildə Çalışda anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bir müddət Şah xanın əsirliyində yaşamışdı. 1590–1596-cı illərdə sultan titulu ilə Aksu və Uç şəhərlərinin hakimi olmuşdu. 1596–1610-cu illərdə QaşqarYengihisar şəhərlərinə başçılıq etmişdi.

Tarixçi Şah Mahmud ibn Fazil Çuras qeyd edir ki, "Şah Şücaəddin Əhməd xan müdrik, dözümlü, təmkinli bir hökmdar idi". 1618-ci ildə eşikağası Əbul-Məaninin və Sarıkol hakimi Məhəmmədqasım bəyin sui-qəsdi nəticəsində öldürülmüşdü. Qəsdçilər onun əmisi oğlu II Qürreyş xanı hakimiyyətə dəvət etmişdilər.