III Vlad Tsepeş (rum. Vlad Ţepeş) və ya Vlad Drakula (rum. Drăculea) (ən tezi 1428 və ən geci 1431[2], dekabr 1431 və ya 2 noyabr 1431[3] – 14 dekabr 1476, Buxarest, Valaxiya knyazlığı[3])- Valaxiya voyevodası. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olmuşdur. 1897-ci ildə irland yazıçısı Brem Stoker Drakula əsərini yazmışdı. Bu kitab Vlad Tsepeşin şöhrətini daha da artırmışdı. Əslində "Drakula" əsərində IV əsrdə hökmranlıq etmiş İrlandiyanın qəddar hökmdarı Drakuladan danışılır.
III Vlad Drakula (Vladislav) | |
---|---|
Vlad Ţepeş Drăculea | |
| |
oktyabr, 1448 – dekabr, 1448 | |
Əvvəlki | II Vladislav |
Sonrakı | II Vladislav |
22 avqust 1456 – 1462 | |
Əvvəlki | II Vladislav |
Sonrakı | Radu III Frumos |
noyabr 1476 – dekabr 1476 | |
Əvvəlki | III Batrin |
Sonrakı | IV Çepelyuş |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Siqişoara, Transilvaniya, Macar krallığı |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Buxarest, Valaxiya |
Vəfat səbəbi | başın kəsilməsi[1] |
Fəaliyyəti | rəhbər |
Atası | Vlad II Drakul |
Anası | Snejna |
Həyat yoldaşları |
1) Yelizaveta? 2) İlona Jileqay |
Uşaqları | Mixnya, Vlad |
Dini | pravoslav, Rumınya Pravoslav Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
III Vlad Tsepeş Transilvaniyanın (Şimal-Qərbi Rumıniya) kiçik Siqişoara şəhərciyində 1431-ci ilin noyabr və ya dekabr ayında dünyaya gəlmişdir. 13 yaşı olanda Osmanlılar tərəfindən əsir götürülmüşdü. 4 il əsir qaldıqdan sonra azad edilmişdi. Lakin 4 il əsirlikdə qalması əqli qabiliyyətinə mənfi təsir göstərmişdi. Atası II Vlad vəfat etdikdən sonra hakimiyyət ona həvalə edilmişdi. III Vlad Valaxiya (Şimal - qərbi Rumıniya) voyvodası (şahzadəsi) olmuşdu. Atası və babası kimi "Drakon" ("Əjdaha") ordeninin üzvü olduğuna görə "Drakula" (azərb. Əjdahanın oğlu) ləqəbini götürmüşdü. Onun atası 1448-ci ildə öldürülmüşdür və həmin ildən başlayaraq III Vlad Valaxiyaya rəhbərlik etmişdir. Rəvayətə görə, kasıbları yedirtdikdən sonra onları diri-diri yandırarmış. 23.884 min türk və bulqarın həyatına son qoymuşdu. Ölməzlik üçün insanların qanını içərdi. Osmanlı sultanı II Mahmut Paşa söyləmişdi ki, Drakula insanları payalardan keçirərdi. Bu səbəbdən ona "Tsepeş" (azərb. payaya keçirən) ləbəbi verilmişdir. III Vlad Drakula osmanlıların ağalığını qəbul etmiş, guya özünü onlara sadiq göstərmiş, əslində isə türklərə qarşı gizli düşmənçilik siyasəti aparmışdı. 1461-ci ildə o, sultana xərac verməkdən boyun qaçırmış, türk sultanının göndərdiyi elçiləri payaya keçirməklə edam etdirmişdi. Tezliklə Macarlar ilə Osmanlı Türkiyəsi arasında müharibə başladı. Vladın sərkərdəlik bacarığına türklər belə heyran qalmışdı. Türklərlə döyüşdə III Vlad məğlub olaraq, macar kralının sarayına qaçdı. 1462-ci ildə Valaxiya taxtına Vladın kiçik qardaşı – Göyçək Radu çıxarıldı. Vladı isə türklərlə əlbir olmaqda günahlandırıb, zindana atdılar. 10 il həbsdə qalan Vlad Roma papasına müraciət edib katolik dinini qəbul etməyə razı olandan sonra azadlığa buraxıldı. 1475-ci ildə kralın qohumlarından biri ilə evlənərək yenidən Xünyadi sülaləsinin dəstəyini qazanan Vlad üçüncü dəfə, bu dəfə əbədi hakimiyyət ümidi ilə qardaşını devirdi. Ancaq 1 il sonra 1476-cı ildə döyüşlərin birində[4] III Vlad naməlum şəkildə öldürülür. Onun kəsilmiş başını elə öz silahdaşları tərəfindən İstanbula Fateh Sultan II Mehmedə mükafat əvəzi göndərdilər və kəllə düz bir neçə ay İstanbulda ümumxalq baxışında saxlanıldı.