Nosferatu: Qorxunun simfoniyası (film, 1922)

Nosferatu: Qorxunun simfoniyası (alm. Nosferatu, eine Symphonie des Grauens‎) — 1922-ci ildə istehsal olunmuş Almaniya qorxulu filmidir. Film dövründə çəkilən digər filmlər kimi səssiz çəkilmişdir. Filmdəki yazılar Alman dilindədir. Film İrland yazıçısı Brem Stokerin Drakula əsərinin motivləri əsasında çəkilmişdir. Filmin məzmunu romandakından fərqlidir. "Nosferatu: Qorxunun simfoniyası" filmindəki Qraf Orlok obrazı romandakı "Qraf Drakula" personajına uyğundur.

Nosferatu: Qorxunun simfoniyası
Nosferatu, eine Symphonie des Grauens
Janr Qorxu filmi
Əsas mövzu infeksiya[1], Cinsi həvəs[2], İnsanın seksuallığı[2]
Rejissor Fridrix Vilhelm Murnau
Prodüserlər Enriko Dikmann
Albin Qrau
Ssenari müəllifi Henrik Qaleen
Baş rollarda Maks Şrek
Qustav von Vanqenhaym
Qreta Şröder
Aleksandr Qranaç
Bəstəkar Hans Erdmann
İstehsalçı Film Arts Guild
Distribütor Netflix, British Film Institute[d][3]
İlk baxış tarixi 4 mart 1922
Müddət 94 dəqiqə
Ölkə Almaniya Almaniya
Dil Səssiz film
İl 1922
Rəng Rəngsiz
IMDb ID0013442
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əmlak işçisi Tomas Hatter Almaniyanın Bremenə bağlı Visburq adlı kiçik bir qəsəbəsində həyat yoldaşı Elen ilə birlikdə yaşayır. Tomasa Transilvaniyada yaşayan Qraf Orlokdan məktub gəlir. Bəzi simvollarla dolu bu məktubu Knok adlı şəxs Tomas üçün oxuyur. Zəngin bir adam olan Qraf Orlok Visborqda ev alması üçün ona müraciət etmişdir. Qraf Orlok, Karpat Dağlarının ətəklərində yerləşən qalasının yerini məktubda ifadə etmişdir. Qraf Orlok ilə razılaşma əldə etmək üçün böyük bir həvəs içində olan Tomas Almaniyadan Transilvaniyaya doğru yola çıxır. Elen isə Tomasın Transilvaniyaya getmək istəyinə mənfi münasibətlə yanaşır.

At arabası ilə yola çıxan Tomas qalaya yaxın bir qəsəbəyə çatır. Tomas qəsəbədəki insanlara Qraf Orlokun qalasına gedəcəyindən bəhs edən zaman onlar heyrətlənirlər. Gecəni burada qalan Tomas sabahısı günü at arabası ilə yenidən yola düşür. At arabasının sahibi Toması qalanın yaxınlarında bir yerdə buraxır. Buradan qalaya isə Qraf Orlokun onun üçün göndərdiyi at arabası aparar. Tomas qalaya çatdığı zaman qalanın qapısı özbaşına açılar. Qraf Orloku görən Hatter, Qrafın insana bənzəmədiyi müşahidə edir. Qraf Orlok Tomas axşam yeməyinə dəvət edir. Bu zaman Tomas bıçaq ilə səhvən əlini kəsur. Tomasın barmağının qanadığını görən Qraf Orlok, Tomasın barmağını tutaraq qanını sorur. Tomas bu hadisədən sonra daha da vahimələnmişdir. Tomas axşam vaxtı kreslonun üzərində yatır. Ayılan zaman boynunda iki dənə dəlik görür. Bunlar vampir dişlərinin yeridir. Tomas həyat yoldaşı Elenə məktub yazır. Məktubda Elenə hər şeyin yaxşı olduğunu bildirir. Ardınca bölgədəki bir adama məktubu çatdırmasını istəyir.

Tomas qalanın içində gəzərkən Qraf Orlokun otağına girir və otaqda kiçik bir stolüstü kitab tapir. "Vampirlərin Kitabı" adlı bu kitab Qraf Orloka məxsusdur. Bu kitabda vampirlər haqqında məlumat var. Tomas Qraf Orlokun bir "Nosferatu", yəni bir vampir olduğunu başa düşür. Qapını açıb otaqdan çıxmaq istəyən zaman çöldə onu Qraf Orloku müşahidə edir. Qraf Orlok otağa girir. Bu müddətdə Tomasın həyat yoldaşı Elen yuxuda kabus görür. Elen yuxuda olan zaman ayağa qalxaraq evin balkonuna çıxır. Toması yuxu aparmışdır. Ayıldığı zaman Qraf Orlokun burada olmadığını görür. Tomas qaladan aşağı enən zaman burada bir tabut görür. Tabutu açaraq, içində Qraf Orlokun olduğunu görür.Tomas otaqdakı çarşabları bir-birinə bağlayaraq qaladan aşağı atılır. Toması çayda üzən gəmidəki insanlar tapır.

Qraf Orlok tabutun içindədir. Başqa tabutların da Almaniyanın Visborq şəhərinə aparıldığı bir gəminin heyət üzvləri Qraf Orlokun tabutunu səhvən gəmiyə götürürlər. Qraf Orlok tabutundan çıxır və gəmi heyətini öldürür. Qraf Orlok göyərtəyə gələrək gəminin Elenin yaşadığı Bremenə getməsini təmin edir. Elen Tomasın evə dönməsini gözləyir. Knok isə sahibinin gəldiyini anlayınca dəli olur. Knok ətrafdakı insanlar tərəfindən psixiatrik xəstəxanaya göndərilir. Tomas həyat yoldaşının yanına qayıda bilir. Qraf Orlok da tabutu ilə Bremenə gəlmiş və Elenin evinə çatmışdır. Qraf Orlok evin pəncərəsindən Elenə baxır. Elen isə hipnoz olmuş kimi Qraf Orlokun dediklərinə əməl edir. Ardınca Elen ona qanını içməsinə razılıq verir. Daha sonra Qraf Orloku yuxu aparır. Səhər açılır və gün çıxmaq üzrədir. Günəşin işıqları evin pəncərəsindən keçərək daxilə otağa yayılır. Günəşin işığı Qraf Orloka təmas edər. Bu zaman Qraf Orlok qaçmaq istəyən zaman yox olaraq ölür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


  1. Weimar Cinema (ing.): An Essential Guide to Classic Films of the Era. / N. Isenberg 2009. P. 83. ISBN 978-0-231-13055-4
  2. 1 2 Weimar Cinema (ing.): An Essential Guide to Classic Films of the Era. / N. Isenberg 2009. P. 85. ISBN 978-0-231-13055-4
  3. https://www.imdb.com/title/tt0013442/companycredits/?ref_=tt_dt_co.