II Lüdovik (alm. Ludwig II. von Hessen-Darmstadt; 26 dekabr 1777[1], Darmştat – 16 iyun 1848[1], Darmştat) — II Böyük Hesse hersoqu.
II Lüdovik | |
---|---|
6 aprel 1830 – 16 iyun 1848 | |
Əvvəlki | I Lüdovik |
Sonrakı | III Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 dekabr 1777[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 iyun 1848[1] (70 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Lüdovik (Böyük Hesse hersoqu) |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Leypsiq Universitetində təhsil aldı. Ardından həyatının çox hissəsini keçirdiyi Darmştadta qayıtdı. Atasının rəsmi təmsilçisi kimi 1804-cü ildə Napoleon Bonapartın və 1814-cü ildə XVIII Lüdovikin tacqoyma mərasimlərinə qatıldı. 1820-ci ildə qəbul edilən konstitusiyanın ardından parlament üzvü seçilsə də, dövlət idarəsindən uzaq qaldı.
Atasının vəfatının ardından 1830-cu ildə taxta çıxdı. Külli miqdarda olan şəxsi borclarının dövlət hesabına ödənilməsini tələb etsə də, bu tələbi parlamentlə münasibətlərinin pisləşməsinə səbəb oldu. 1848-ci il inqilabları onun dövlət idarəsindəki yetərsizliyini bir daha göstərdi. 5 mart 1848-ci ildə oğlu III Lüdoviki ortaq naib elan edərək etirazları susdurmaq istədi. Ancaq çox keçmədən vəfat etdi və oğlu III Lüdovik təkbaşına suveren monarx oldu.