II Məhəmmədrəhim xan (1845, Xivə – 1910, Xivə) — Qonquratlar sülaləsindən Xivə xanı.
II Məhəmmədrəhim xan | |
---|---|
Mohammad Raxim II | |
1864 – 1910 | |
Əvvəlki | Seyid Məhəmməd xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1845 |
Doğum yeri | |
Vəfat tarixi | 1910 |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Atası | Seyid Məhəmməd xan Qonqurat |
Dini | Sünni İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | tam süvari generalı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
II Məhəmmədrəhim xan Seyid Məhəmməd xan oğlu 1845-ci ildə Xivə şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1864-cü ildə, atasının vəfatından sonra hakimiyyətə gəlmişdi. Xanlıq onun hakimiyyəti dönəmində, 1873-cü il may ayının 29-da Rusiya imperiyası tərəfindən işğal edilmişdir.
II Məhəmmədrəhim xan şair idi. Firuz təxəllüsü ilə klassik üslubda şeir yazırdı.
Firuz bu toplumsal işlər yanında, sənət və ədəbiyyat sahəsində də öz sənətiylə ölümsüz izlər buraxmışdır. O, bəstəkar olaraq da əsərlər vermişdir. "Şeşməqam"da on üç əsər bəstələmişdir: "Yəni, "Rast" məqamında "Məhəmmədi Cədidi Firuz"; "Segah" məqamında "Sakili Firuzşah", "Çar Usuli Firuz"; "Büzrük" məqamında isə "Məhəmmədi Firuz" kimi mahnılar bəstələmişdir.
II Məhəmmədrəhim xan 1910-cu ildə vəfat etdi.