Malietoa Tanumafili II və ya Susuga Malietoa Tanumafili II (4 yanvar 1913[1], Samoa – 11 may 2007[1], Apia) — Samoanın dörd ən qüdrətli ailələrindən biri olan Malietoa ailəsinə mənsub Samoa dövlətinin başçısı idi.
II Malietoa Tanumafilia | |
---|---|
ing. Malietoa Tanumafili II Susuga | |
| |
O le Ao o le Malo siyahısı[d] | |
1 yanvar 1962 – 11 may 2007 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 yanvar 1913[1] |
Doğum yeri | |
Vəfat tarixi | 11 may 2007[1] (94 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | Bəhailik |
Vikianbarda əlaqəli mediafayllar |
O Samoa tarixində ilk O le Ao o le Malo idi. Bu söz Samoa dilindəki "Ao" yerli qəbilə başçıları tərəfindən istifadə olunan bir tituldur, "Malo" isə bu dildə hökumət mənasını verir. Ölkə 1962-cildə müstəqillik əldə etdikdən sonra dövlət rəhbərini vəzifəsini bu iki sözün birləşməsindən yaranan bu adla adlandırmağa başlayıblar.
1962-ci ildən 2007-ci ilə qədər ölkə rəhbəri olaraq həmin vəzifəni tutmuşdur. O, 1962-ci ildə rəhbər olduqda bu vəzifəni Tama-a-'aiga Tupua Tamasese Mea'ole ilə birlikdə icra edirdi. 15 aprel 1963-cü ildə onun ölümündən sonra yeganə dövlət başçısı oldu və özünün ölümünə qeder bu belə davam etdi. Ölümü zamanı o, dünyanın ən yaşlı milli lideri idi və eyni zamanda da ömürlük prezident vəzifəsini icra edən sonuncu prezident olaraq tarixə keçdi. Əlahəzrət II Malietoa Tanumafili həmçinin Bəhai dininə mənsub olan ilk dövlət başçısı idi.