II Novuxodnosor

II Novuxodnosor və ya II Nəbükadnessar (Akkadca: 𒀭𒀝𒆪𒁺𒌨𒊑𒋀 - Nabû-kudurri-uṣur İvrit dili: נְבוּכַדְרֶאצַּר - Nəḇūḵaḏreʾṣṣar və ya נְבוּכַדְנֶאצַּר - Nəḇūḵaḏneʾṣṣar; Müqəddəs Arami dili: נְבוּכַדְנֶצַּר - Nabḇūḵaḏneṣṣar) - e.ə. 605-562-ci illərdə hakimiyyətde olmuş Babil hökmüdarı.

II Novuxodnosor və ya II Nəbükadnessar
Doğum tarixi təq. e.ə. 642
Vəfat tarixi təq. e.ə. 561
Vəfat yeri
Həyat yoldaşı
Fəaliyyəti monarx, lider, Kral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Novuxodnosor, Yeni Babil İmperiasının qurucusu və Keldani sülaləsinin ilk hökmüdarı Nabopolassarın oğludur. Atasının dövründə, Assuriyalılara qarşı müharibələri davam etdirən orduda xidmət etmişdir. Aşşurlarla müttəfiq olan Misir fironu II Nexoyu Karxemiş döyüşündə məğlub edən Novuxodnosor, irəliləyişə davam etmiş və AssuriyaFələstin torpaqlarını almışdır. Atasının ölümündən sonra Babilə qayıdır və padşah olur. Hakimiyyətinin ilk illərində müxtəlif ekspedisiyalar təşkil edərək hökmranlığını artırmışdır və e.ə. 601-ci ildə Misir üzərinə hərəkətə keçmişdir. Eramızdan əvvəl 597-ci ildə Babil dövlətinin hakimiyyəti altında olan Yəhuda dövlətinin üsyanı ilə Qüdsü ələ keçirdib. Eramızdan əvvəl 586-cı ildə Qüds xalqının yenidən üsyanından sonra Qüdsü geri alan Novuxodnosor, şəhər və Süleyman məbədini dağıtdırıb. Yəhuda dövlətini məhv etdikdən sonra Novuxodnosor, Sur şəhər-dövlətini, e.ə. 574-cü ildə özünə tabe etdi. Eramızdan əvvəl 567-ci ildə Misirə yeni bir ekspedisiya təşkil edən Novuxodnosor, e.ə. 562-ci ildə imperiyanı oğlu Amel-Marduka vəsiyyət edərək vəfat edir. Navuxodonosor Yeni Babil İmperiyasının sərhədlərini Assuriyadan Misirə qədər genişləndirmiş, Qüdsü ələ keçirib (e.ə. 587) və yəhudiləri regiondan qovdurmuşdur.

İncəsənətdə

[redaktə | mənbəni redaktə et]

Məbədlər, yollar, suvarma kanallarından başqa arvadı, daha çox Semiramida kimi tanınan Midiya şahzadəsi Amitisin şərəfinə adlandırılmış, qədim dünyanın yeddi möcüzəsindən biri olan Semiramidanın Asma Bağlarını da tikdirdiyi deyilir. İştar Darvazası da onun dövründə inşa edilmişdir.