II Pirməhəmməd xan Şeybani (1550—1601) — Buxara xanlığının Şeybanilər sülaləsindən olan 12-ci xanıdır.2-ci adı Pirməhəmməd xan Süleyman sultan oğlu olan II Pirməhəmməd xan Şeybani 1550-ci ildə Buxara xanlığının mərkəzində anadan olmuşdu. 1598-ci ildə Əbdülmömin xan Şeybaninin öldürülməsindən sonra taxta əyləşmişdi.
II Pirməhəmməd xan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1550 |
Doğum yeri | |
Vəfat tarixi | 1601 |
Vəfat yeri |
1599-cu ilin mayında I Şah Abbas Xorasandakı vəziyyətlə tanış olmaq, Mavərənnəhrdəki vəziyyətə nəzarət etmək və Nurməhəmmədi himayə etmək məqsədi ilə Xorasana getdi. Məhz bu dövrdə Pirməhəmməd xanla Buxara əmirləri tərəfindən göndərilən elçilər I Şah Abbas tərəfindən qəbul edildi. Pirməhəmməd xan göndərdiyi elçi vasitəsilə şahdan Bağbadda Qızılbaşların əlində əsir olan Canibəyin nəvəsi Məhəmməd İbrahimin azad edilərək göndərilməsini xahiş etdi. Buxara əmirləri də Məhəmməd İbrahimin azad edilməsini xahiş edirdilər. Onların məqsədi səltənətdə və dünya işlərində çox gözü olmayan dərviş Pirməhəmməd xanın yerinə onu xan seçməkdi. Çünki Səmərqəndi ələ keçirən Baki xan müxalifətə keçərək Buxaranı təhdid etməyə başlamışdı.I Şah Abbas məsələni həll etmək üçün vasitəçilik edən Nurməhəmməd xana məktub yollayaraq Buxara əmirlərinin götürdükləri təəhhüdlərə sadiq qalıb Mərvdə Məhəmməd İbrahimi qarşılasalar məsələ həll edilmiş olar. Qızılbaşlar Simnana çatan zaman Nurməhəmməd xanın elçisi I Şah Abbas tərəfindən qəbul edildi. Elçilər Səfəvi şahına Baki Məhəmməd xanın (1599-1605) Pir Məhəmməd xana hücum edib onu öldürdüyünü və Buxaranı ələ keçirərək özbəkləri öz bayrağı altında birləşdirdiyini xəbər verdilər [1].