Şeybanilər sülaləsi

Şeybani xanlığı (1428–1468, 1500–1599) — Çingiz xanın oğullarından Cucinin oğlu, Batının qardaşı Şeybanın sülaləsindən olan və Özbəkləri idarə edən Əbuülxeyir xan tərəfindən qurulmuş xanlıqdır.

1428-ci ildə qurulan Buxara xanlığı 1468-ci ildə Teymurilər dövləti tərəfindən süqut olunmuşdur. Sonra 1500-cü ildə Məhəmməd Şeybani xan (1451–1510) tərəfindən təkrar qurulan Şeybani xanlığı (1500–1599) 1506-cı ildə Buxaranı ələ keçirmiş, mərkəzi Buxaraya köçürmüş və Buxara xanlığı olaraq xatırlanmağa başlamışdı. Bu xanlıq Özbək Xanlığı olaraq da tanınır. Şeybani, ya da Şibanoğulları xanlığı 1599-cu ildə Həştərxan xanlığı (Astarxan xanlığı) mənşəli olan Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılmış və Buxara xanlığı Həştərxan hakimiyyətinin (Canı hakimiyyətinin) əlinə keçmişdir.

Şeybani xanları

[redaktə | mənbəni redaktə et]
  • Məhəmməd Şeybani (1500–1510)
  • Köçkuncu (1510–1531)
  • Müzaffərrəddin Əbu Səid (1531–1534)
  • Əbul Qazi Übeydalla (1534–1539)
  • I Abdalla (1539–1540)
  • Əbdüllətif (1540–1552)
  • Novruz Əhməd (1552–1556)
  • I Pir Məhəmməd (1556–1561)
  • İsgəndər (1561–1583)
  • II Abdalla (1583–1598)
  • Əbdülmömin xan (1598)
  • II Pir Məhəmməd (1598–1599)