Əsas makroiqtisadi modellərdən biri də IS-LM modelidir. IS-LM modeli faiz dərəcəsinin və istehsalın həcminin əmtəə və pul bazarlarındakı tarazlığını əks etdirir.[1]
Bu modelin adı 2 əsas iqtisadi tarazlığın birləşməsindən əmələ gəlir: İqtisadiyyatdakı investisiyalar (I) yığıma (S), pula olan tələb(L) isə pul təklifinə (M) bərabər olmalıdır. Bu model əmtəə və pul bazarlarının tarazlıqda olduğunu göstərir.[2]
IS-LM modeli 1937-ci ildə nobel mükafatı laureatı Con Hiks tərəfindən yaradılıb. O,Con Menyard Keynsin 1936-cı ildə yazdığı "Məşğulluğun, Faizin və Pulun Ümumi Nəzəriyyəsi" kitabındakı fikirləri grafik olaraq təsvir edib.[3]
"IS" əyrisində investisiya (faiz dərəcəsi kimi verilən) yığıma (istehsal kimi verilən) bərabərdir. Əmtəə bazarında faiz dərəcəsi və istehsal arasında tərs-mütənasiblik olduğundan "IS" əyrisi aşağı meyillidir. Çünki, istehsal artdıqca daha çox pul yığıma yönəlir, investisiyaların yığıma bərabər olması üçün faiz dərəcəsi aşağı düşür.
Pul bazarında faiz dərəcəsi və istehsal düz mütənasib olduğu üçün "LM" əyrisi isə yuxarı meyllidir. Çünki, istehsal artdıqca pula olan tələb artır və bu da faiz dərəcəsin artırır.[4].
IS əyrisi əmtəə və xidmət bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındalı əlaqəni əks etdirir. Bu əlaqənin necə olduğunu görmək üçün ilk növbədə Keynsin gəlir-xərc modelini tətqiq etmək lazımdır. Sözügedən model Keynsin milli gəlir nəzəriyyəsinin ən sadə izahıdır və daha mürəkkəb və daha real IS-LM modeli üçün bünövrəni formalaşdırır[5].
Keyns bu modeldə planlanan və cari xərcləri bir-birindən fərqləndirir: Cari xərclər ev təsərrüfatlarının, müəssisələrin və dövlətin cari dövrdə həyata keçirdikləri xərcləmələrin cəmidir. Planlanan xərclər isə ev təsərrüfatlarının, firmaların və dövlətin əmtəə və xidmətləri almaq üçün planlaşdırdıqları xərclərin cəmidir.
Nə üçün reallaşan (cari) xərclərlə planlaşdırılan xərclər fərqli olur? Bu sualın cavabı firmaların satışının gözlənilən kimi olmaması və planlaşdırılmamış ehtiyatların (hazır məhsulun) anbarlarda yığılmasıdır. Firmalar gözlədiklərindən az məhsul satdıqda ehtiyatlar yüksələr, əks halda isə azalar. Ehtiyatlardakı planlaşdırılmamış dəyişikliklər ehtiyatlara investisiya hesab edildiyi üçün cari xərclər planlaşdırılan xərclərdən çox və ya az ola bilər[5].
Planlaşdırılmış xərcləri müəyyən edən amilləri amillərə nəzər yetirək. Modeli sadə formada izah etmək üçün iqtisadiyyatın qapalı olduğunu fərz edək. Bu vəziyyətdə planlanmış xərclər aşağıdakı kimi olar[5]:
Burada, E- planlaşdırılmış xərclər, C – istehlak, I — investisiya, G – dövlət xərcləridir. Yuxarıdakı bərabərlik ÜDM-in düsturuna bənzəsə də, bu gələcək dövr üçün planlaşdırılmış miqdardır. Bu səbəbdən E real ÜDM-dən fərqli qiymət ala bilər.
Yuxarıda göstərdiyimiz bərabərliyi genişləndirmək üçün onun konponentlərinin açılışını verək:
İstehlak xərclərinin (C) gəlirdən (Y) aslılıq düsturu aşağıdakı kimidir[5]:
Burada Y- gəlir, T- vergilərdir.
Sadəlik üçün planlaşdırılmış investidiyaları sabit qəbul edirik[5]:
Son olaraq dövlət xərclərinin və vergilərin gəlirdən daha çox dövlət siyasətindən asılı olduğunu və bununla əlaqədar sabit olaraq qəbul edirik[5]:
Bunları birləşdirsək planlaşdırılmış xərclərin yeni düsturunu alarıq:
Yuxarıdakı şıkildən də görünür ki, planlaşdırılmış xərclər birbaşa olaraq istehlakdan (C) asılıdır.
və sabit olduğundan gəlir (Y) sıfır da olsa, onların həcmi dəyişməz. Qrafik olaraq göstərsək, görərik ki, burada absis (Y) oxuna paralel əyrilər əmələ gəlir[5]. (Bax: Şəkil 1)
Lakin, istehlak (C) isə gəlirdən (Y) asılıdır. Y artdıqca C də artır, yəni müsbət meylliliyə malikdir. Burada bir nüansı nəzərə çatdırmaq lazımdır: Gəlir olmasa, əhali minimum tələbatlarını başqa mənbələr (borc və s.) hesabına təmin edirlər. Yəni, istehlak gəlirdən asılı olmasına baxmayaraq, gəlir olmadıqda (Y=0) belə müəyyən istehlak ( ) mövcüddur. Qrafik olaraq bunu mümkündür (Bax: Şəkil 2).
Planlanan xərclərin tərkib hissələrinin gəlirdən aslılığını əks etdirən qrafikləri birləşdirsək E-nin (planlaşdırılan xərclər) Y-dən (gəlir) aslılıq qrafikini (Bax: Şəkil 3) ala bilərik[5].
ÜDM-in bir neçə hesablanması üsulu (gəlir, xərc, istehsal) var. Amma sonda alınan rəqəmlər bir-birinə bərabər olmalıdır. Ordinat oxunda ÜDM-in xərc üsulu ilə hesablanmış həcmiləri, absis oxunda isə gəlir üsulu ilə hesablanmış həcmləri qeyd etsək onlar yalnız bir düz xətt üzərində bir-birinə bərabər olacaq (Bax Şəkil 4). Xətt üzərində olan nöqtələr kordinat oxlarından eyni məsafə uzaqlıqdakı nöqtələrdən təşkil olunduğundan 45 dərəcəlik meylliyə malikdir.
Son 2 qrafiki birləşdirək (Bax: Şəkil 5) :
Şəkil 5-də A nöqtəsi milli iqtisadiyyatın tarazlıq nöqtəsidir. İqtisadiyyat həmişə bu tarazlıq nöqtəsində olmur. Amma bəzi iqtisadi güclərin təsiri ilə iqtisadiyyat bu tarazlığa doğru irəlləyir[5]. Misal da izah edək:
Fərz edək ki, iqtisadiyyatda istehsal tarazlıq nöqtəsindən çoxdur. Bu halda nə baş verər: istehsal qarşısında həcmində məhsul alınıb. Alınan məhsulun istehsaldan az olması firmaların anbarlarında məhsulun artmasına səbəb olar və firmalar istehsalı azaldar.
Digər bir misala baxaq: Əgər iqtisadiyyatda istehsal tarazlıqdan az olduqda firmaların anbarlarındakı məhsulun həcmi azalar və istehsalı artırırlması qərarı verilər.
İndi isə əvvəl sabit kimi qəbul etdiyimiz göstəricilər — , , – dəyişdikdə planlanan xərclərdə və milli gəlirdə nə kimi dəyişikliklər baş verdiyinə nəzər yetirək.
Dövlət xərcləri (ΔG) artsa , planlanan xərclər əyrisi də bir o qədər yuxarı sürüşəcək. Qrafikdən (Bax: Şəkil 6) də görünür ki, milli gəlir (ΔY) hökumət xərclərindən daha çox artıb. Buna iqtisadi ədəbiyyatlarda multiplikasiya effekti deyilir[5].
ΔY/ ΔG – nisbəti dövlət xərclərinin multiplikasiyasıdır.
Bəs bu artım niyə baş verir? Bunun səbəbini istehlak funksiyasında axtarmaq lazımdır. Dövlət xərclərindəki artım gəliri müəyyən qədər artırır. C= C(Y-T) istehsal funksiyasından da görünür ki, gəlirin artması istehlakı artırır. Yəni dövlət xərclərindəki artarkən eyni zamanda istehlak xərcləri də artır. Bu səbəbdən modeldə dövlət xərclərinin yüksəldilməsi gəliri daha çox artırır.
Bəs bu artıqlıq nə qədərdir və necə ölçülür? Bunu müəyyənləşdirmək üçün gəlirdəki hər dəyişikliyi addımbaaddım izləmək lazımdır:
Dövlət xərcləri ΔG' qədər artırsa, milli gəlir də ΔG qədər artar. Gəlirdəki bu artım istehlakı da MPC' x ΔG qədər artırar.
Gəlirdəki ikinci artım gəliri yenidən MPC x (MPC x ΔG) qədər artıracaq və istehlakın artımı yenidən gəliri artıracaq sonra gəlirdəki artım istehlakı yenidən artıracaq. Bu zəncirvari proses sonsuza qədər davam edəcək amma hər dəfə artım daha az olacaq[5].
İndi isə bu dediklərimizi riyazi olaraq ifadə etsək, dövlət xərclərinin artmasınann gəlirə olan cəmi təsiri belə olacaq[5]:
Dövlət xərclərindəki artım: ΔG
İstehlakdakı birinci dəyişiklik: x ΔG
İstehlakdakı ikinci dəyişiklik: x ΔG
İstehlakdakı üçüncü dəyişiklik: x ΔG
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
____________________________________________________________________________________
ΔY = ΔG + x ΔG + x ΔG + x ΔG+ .....
ΔY = (1+ + + +.....) x ΔG
ΔY/ΔG = 1+ + + +.....
Riyazi şəkildə sadələşdirsək aşağıdakı nəticəni alarıq:
ΔY/ΔG = 1/(1-MPC)
Misalla izah edək: Fərz edək ki, istehlaka meyllilik dərəcəsi MPC = 0,6-dır. Bu zaman multiplikator aşağıdakı kimi hesablanacaq:
Multiplikator = ΔY/ΔG= 1+ 0,6+ 0,6 2+ 0,6 3 + . . . = 1/(1-0,6) = 1/0,4= 2,5
Yəni dövlət xərclərinin 1 manat artması milli gəliri 2,5 manat artıracaqdır.
Fiskal siyasətin digər bir aləti olan vergilərin azaldılması dövlət xərclərinin artırılması kimi gəliri öz həcmindən daha çox artıracaqdır. Yəni, sonda ΔY > ΔT nəticəsi alınır. Bu yenə də gəlir artımının multiplikasiya effekti ilə bağlıdır. Amma vergilərdə baş verən dəyişikliklər gəlir səviyyəsindəki dəyişikliklərlə tərs mütənasib olduğundan multiplikator mənfidir. Vergilərdək azalma gəlirə ilkin təsiri -MPC x ΔT səviyyəsində olur. Bu istehlak funksiyası ilə bağlıdır:
Qapalı iqtisadiyyat üçün ÜDM-in düsturunu yuxarıdakı açılışa uyğun yazsaq aşağıdakı nəticə alınar:
Yəni, dövlət xərclərindəki artım gəliri ilin olaraq ΔG qədər atırsa da, vergilərdəki azalma gəliri –MPCxΔT qədər artırar.
İndi isə bu dediklərimizi riyazi olaraq ifadə etsək, vergilərdəki azalmanın gəlirə olan cəmi təsiri belə olacaq[5]:
Vergilərdəki azalma: xΔT
İstehlakdakı birinci dəyişiklik: x ΔT
İstehlakdakı ikinci dəyişiklik: x ΔT
İstehlakdakı üçüncü dəyişiklik: x ΔT
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
__________________________________________________________________________
ΔY = x ΔT- x ΔT - x ΔT - .....
ΔY = (- - -.....) x ΔT
ΔY/ΔT = -( + + +.....)
Riyazi şəkildə sadələşdirsək aşağıdakı nəticəni alarıq:
ΔY/ΔT = -MPC/(1-MPC)
Misalla izah edək: Fərz edək ki, istehlaka meyllilik dərəcəsi MPC = 0,6-dır. Bu zaman multiplikator aşağıdakı kimi hesablanacaq:
Multiplikator = ΔY/ΔT= -0,6/(1-0,6) = -0,6/0,4= -1,5
Yəni vergilərin 1 manat azalması milli gəliri 1,5 manat artıracaqdır.
Planlanan xərclərin digər konponenti olan investisiyaların həcminin dəyişməsi IS əyrisinin formalaşdırılmasında açar rolunu oynayır. Belə ki, indiyə qədər izah olunan məsələlər IS əyrisinə keçmək üçün bir addım idi. İndi isə investisiyaların həcmindəki dəyişikliyin milli gəlirə necə təsir etdiyini və investisiya qouyuluşlarına ən çox təsir edən amilin nə olduğunu araşdıraq[5].
İnvestisiyaların həcminə təsir edən əsas amil faiz dərəcəsidir. Belə ki, investisiya funksiyasını aşağıdakı kimi göstərmək olar:
Əgər faiz dərəcəsi yüksələrsə, investisiya həyata keçirmək üçün alınacaq borcun faiz xərci artacaq və sərmayə qoyuluşları azalacaq. Nəticə etibarı ilə investisiya funksiyasının qrafiki aşağıya doğru meyllidir (Bax: Şəkil 7 — a paneli).
Faiz dərəcəsi dəyişdikdə gəlirin necə dəyişdiyini müəyyən etmək üçün investisiya funksiyasını gəlir xərcləmə diaqramı ilə birləşdirə bilərik. Faiz dərəcəsi investiya ilə tərs mütənasib olduğundan faiz dərəcəsinin dən -yə yüksəlməsi investisiya həcmini -dən -yə endirəcəkdir. Planlanan investisiyaların həcmindəki azalma planlanan xərclər əyrisini Şəkil 7–b panelindəki kimi aşağıya doğru endirər. Planlana xərclərdəki azalma gəlir səviyyəsini də -dən -ə enməsinə səbəb olar. Beləliklə, Fazi dərəcəsindəki artma gəlir səviyyəsini aşağı endirməkdədir.
Şəkil 7-c panelində göstərildiyi kimi IS əyrisi faiz dərəcsi ilə gəlir səviyyəsi arasındakı əlaqəni əks etdirir. Əslində IS əyrisi r ilə I arasındakı əlaqə ilə I və Y arasındakı əlaqəni özündə birləşdirməkdədir. IS əyrisi üzərindəki hər nöqtə mal və əmtəə bazarındakı tarazlığı təmsil edir və əyri gəlir səviyyəsinin faiz dərəcəsindən necə asılı olduğunu əks etdirir. Faiz dərcəsindəki artımın investisiyaların, dolayısı ilə gəlir səviyyəsinin aşağı düşməsi ilə nəticələndiyinə görə IS əyrisi aşağıya doğru meyllidir.
IS əyrisi verilmiş faiz dərəcəsində əmtəə və xidmətlər bazarını tarazlığa gətirən gəlir səviyyəsini əks etdirir. Amma gəlir səviyyəsi həm də, dövlət xərclərindən və vergilərdən də asılıdır. IS əyrisi sabit fiskal siyasət üçün çəkilir. Yəni dövlət xərcləri və vergilər sabit tutulur. Fiskal siyasət dəyişdikdə isə IS əyrisi öz yerin dəyişir[5].
Şəkil 8-də dövlət xərclərinin ΔG-lik artım IS əyrisini necə sürüşdürdüyünü görmək mümkündür. Bu şəkil sabit r faiz dərəcəsində dövlətin xərcləri artırmaq qərarının əmtəə bazarına necə təsir etdiyini göstərir. Dövlət xərclərinin artması planlanan xərclərində artırdığı üçün tarazlıq səviyyəsindəki milli gəliri – daha yüksək səviyyəli -yə keçir.
Bu səbəbdən dövlət xərclərindəki artım nətisəcində IS əyrisini öz yerini (sağa) dəyişir.
Vergilərdəki bir azalma da eyni dərəcədə IS əyrisinin sürüşməsinə səbəb olur.
LM əyrisi — pul bazarında faiz dərəcəsi ilə gəlir səviyyəsi arasındakı əlaqəni əks etdirən əyridir.[6]
Bu əlaqəni izah etmək üçün ilk növbədə likvidlik üstünlükverməsi nəzəriyyəsindən istifadə edilir.
Con Menyard Keyns öz nəzəriyyəsində faiz dərəcəsinin necə müəyyən olunduğunu göstərib. Bu yanaşma likvidlik üstünlükverməsi nəzəriyyəsi kimidə qəbul edilir. Çünki faiz dərəcəsi iqtisadiyyatda ən likvid olan element – pulun tələbi və təklifini tarazlaşdırmaq üçün istifadə edilir. Gəlir xərcləmə modeli IS əyrisi üçün bünövrə olduğu kimi, likvidlik üstünlükverməsi nəzəriyyəsi də LM əyrisi üçün əsasdır.
Nəzəriyyəni formalaşdırmaq üçün ilk növbədə real pul balansındakı təklifə nəzər yetirək. Əgər pul təklifi M, qiymət səviyyəsi isə P olarsa, M/P real pul balansında təklifin həcmini əks etdirir. Likvidlik üstünlükverməsi nəzəriyyəsi sabit bir pul balansı təkilifi olduğunu iddia edir. Bu baxımdan pul təklifini aşağıdakı kimi ifadə edə bilərik
Pul təklifi M, xarici bir dəyişkəndir və mərkəzi bank tərəfindən müəyyənləşir. Qiymət səviyyəsi isə bu modeldə sabit götürülür (Çünki, IS-LM modelindəki əsas məqsəd qiymətlərin sabit olduğu qısamüddətli dövrdəki prosesləri anlamaqdır). Bu fərziyələr real pul balansındakı təklifin sabit olduğunu və faiz dərəcəsinə bağlı olmadığını göstərir. Bu səbəbdən pul təklifi əyrisi Şəkil 9-də göstərildiyi kimi şaqulidir.
İndi isə real pul balansındakı tələbə diqqət yetirək. Likvidlik üstünlükverməsi nəzəriyyəsi faiz dərəcəsinin ev təsərrüfatlarının əlində saxlayacağı pulun miqdarını müəyyənləşdirən amillərdən biri olduğunu irəli sürür. Belə ki, bir şəxs pulunu banka qoyduğu zaman əldə edəcəyi mənfəət faiz dərəcəsindən asılıdır. Faiz dərəcəsi nə qədər yüksək olarsa, pulu bankda saxlamaq o qədər mənfəətlidir. Digər tərəfdən, pulu əldə saxlayıb, istənilən zaman onu istifadə etmək istəyərsə, bu zaman o pulu banka qoyub əldə edəcəyi faiz həcmində mənfəəti itirəcəkdir. Bu baxımdan faiz dərəcəsi pulu əldə saxlamağın fürsət xərcidir. Nəticə olaraq, faiz dərəcəsi artdıqca insanlar pul vəsaitinin daha az miqdarını əllərində saxlamağa üstünlük verəcəklər. Yuxarıda qeyd etdiklərimizə əsasən, real pul balansındakı tələbi aşağıdakı kimi göstərə bilərik
Yuxarıdakı düsturda L( ) funksiyası tələb edilən pulun miqdarının faiz dərəcəsindən asılı olduğunu göstərir. Şəkil 9-dakı tələb əyrisi aşağıya doğru meyllidir, çünki, yüksək faiz dərəcəsi tələb olunan pulun miqdarını aşağı endirəcəkdir.
Lidvidlik üstünlükverməsi nəzəriyyəsinə görə, real pul balansındakı tələb və təklif iqtisadiyyatdakı faiz dərəcəsini müəyyənləşdirir. Yəni, faiz dərəcəsi pul bazarını tarazlığa gətirəcək səviyyədə müəyyənləşdirər. Şəkil 9-dan da görünür ki, tarazlıq faiz dərəcəsində tələb edilən pulun miqdarı pulun təklifi ilə bərabərdir.
Bəs faiz dərəcəsi pul tələbi və pul təklifi üçün bu tarazlıq nöqtəsinə necə gəlir? Bunun cavabı insanların öz sərvətlərini harada saxlamaqla bağlı qərarları ilə bağlıdır. Fərz edək ki, faiz dərəcəsi tarazlıq nöqtəsindən yuxarıdadır. Belə olduqda insanlar əllərindəki gəlir gətirməyən pulu banklarda saxlamağa daha meylli olacaqlar. Depozitlərə pul axının artması nəticəsində Banklar faiz dərəcələrini aşağı endirməkdə maraqlı olacaqlar. Nəticədə faiz dərəcəsi tarazlıq nöqtəsinə enəcək. Əks halda, faiz dərəcələri tarazlıq nöqtəsindən aşağıdırsa, banklar depozitlərinin həcmini artırmaq üçün faiz dərəcəsini artıracaqlar. Nəticə isə eyni olacaq.
İndi isə faiz dərəcəsinin pul təklifindəki dəyişikliklərə neçə reaksiya göstərdiyinə nəzər yetirək. Fərz edək ki, mərkəzi bank birdən-birə pul təklifini aşağı endirdi. M-dəki azalma M/P nisbətini də aşağı endirər. Çünki, modelə əsasən, P sabitdir. Belə olarsa, real pul balansındakı təklif Şəkil 10-da olduğu kimi sola sürüşər. Tazarlıq faiz dərəcəsi -dən -yə yüksələr və yüksək faiz dərəcəsi bir az əvvəl qeyd edilən kimi insanların əllərində daha kiçik miqdarda pul saxlamaqlarına gətirib çıxarar. Əgər Mərkəzi Bank pul təklifini artırsaydı, bunun əksi baş verərdi. Beləliklə, likvidlik üstünlükverməsi nəzəriyyəsinə əsasən, pul təklifindəki azalma faiz dərəcəsini artırar, təklifdəki artma isə faiz dərəcələrini azaldar.
Faiz dərəcəsinin pul bazarında necə əmələ gəldiyini əks etdirmək üçün istifadə etdiyimiz likvidlik üstünlükverməsi nəzəriyyəsini indi LM əyrisi formalaşdırmaq üçün də istifadə edə bilərik.
Fərz edək ki, iqtisadiyyatda gəlir səviyyəsi (Y) artıb. Bu real pul balansına necə təsir edəcək? Gəliri artdığı zaman əhali daha çox xərcləyər ki, bu da onların pula olan tələbini artırar. Nəticə etibarı ilə gəlirin artması pul tələbini artırır. Bunu düstur şəklində aşağıdakı kimi göstərə bilərik
Tələb edilən pulun miqdarı faiz dərəcəsi ilə tərs, gəlir ilə düz mütənasibdir.
Likvidlik üstünlükverməsi nəzəriyyəsinə əsasən, gəlir səviyyəsi dəyişdikdə tarazlıq faiz dərəcəsinə nə olacağını görə bilərik.
Şəkil 11-də gəlirin -dən -yə dəyişməsi əks olunub. Bir az əvvəl qeyd edilən kimi, gəlir artarsa, pula olan tələb də artacaq ki, bu da faiz dərəcəsini dən -yə qaldıracaq (Bax Şəkil 11 panel A). Likvidlik üstünlükverməsi nəzəriyyəsinə görə, gəlirin artması yüksək faiz dərəcəsinə səbəb olur.
Şəkil 11 panel B-dəki LM əyrisi gəlir səviyyəsi ilə faiz dərəcəsi arasındakı bu əlaqəni göstərir. LM əyrisindəki hər nöqtə pul bazarındakı tarazlığı təmsil edir və əyri tarazlıq faiz dərəcəsinin gəlir səviyyəsi ilə bağlı olduğunu göstərir. Gəlir səviyyəsi yüksəldikcə real pul balansındakı tələb də bir o qədər artar və tarazlı faiz dərəcəsi də bir o qədər artar. Bu səbəbdən LM əyrisi yuxarıya doğru meyllidir.
LM əyrisi, verilmiş gəlir səviyyəsi üçün pul bazarını tarazlığa gətirən faiz dərəcəsini müəyyən edir. Amma əvvəldə qeyd edildiyi kimi, tarazlıq faiz dərəcəsi eyni zmaanda real pul balansındakı təklifdən də asılıdır. LM əyrisini sabit real pul balansındakı təklifinə uyğun olaraq çəkilib. Əgər real pul balansı dəyişərsə, məsələn Mərkəzi Bank pul təklifini dəyişərdirərsə, LM əyrisi sürüşər
Monetar siyasətdəki dəyişikliklərin LM əyrisini necə sürüşdürdüyünü başa düşmək üçün likvidlik üstünlükverməsi nəzəriyyəsindən istifadə edilməlidir. Fərz edək ki, Mərkəzi Bank Pul tələbini M1dən M2-yə qədər azaldıb. Bu real pul balansındakı təklifi -dən -yə qədər düşməsinə səbəb olacaq. Şəkil 12-də bunun necə nəticələnəcəyini görə bilərik. Gəlir səviyysəsi və dolayı yollar pula olan tələb sabit olduqda pul təklifindəki azalma bazarı tarazlaşdıran faiz dərəcəsini qaldırar. Beləliklə, LM əyrisi sola doğru sürüşər.
Nəticə etibarı ilə, real pul balansındakı təklifin artması LM əyrisini sağa, azalması isə sola sürüşdürür.
IS-LM modelinin iki tənliyi aşağıdakı kimidir[7]:
Bu model fiskal siyasətin alətlərini (G və T) və monetar siyasəti (M), eləcə də qiymət səviyyəsini xarici dəyişələr kimi qəbul edir. Bu dəyişkənlər sabit qaldıqda, IS əyrisi əmtəə bazarında, LM əyrisi isə pul bazarında faiz dərəcəsi (r) ilə milli gəlirin (Y) arasındakı əlaqəni əks etdirir. Bu iki əyri Şəkil 13-də birlikdə əks etdirilib.
IS və LM əyrilərinin kəsişdiyi nöqtə ÜDM-in səviyyəsini müəyyənləşdirir. Bu əyrilərdən biri yerini dəyişərsə, iqtisadiyyatdakı qısamüddətli tarazlıq da dəyişir və milli gəlirdə tərəddüdlər baş verir[8].
IS əyrisinin öz yerini dəyişməsinə əsasən iki faktor: dövlət xərclərindəki və vergilərdəki dəyişikliklər səbəb olur[8].
Şəkil 8-də göstərildiyi kimi, dövlət xərclərindəki ΔG-lik artım əyrini ΔG/(1-MPC) qədər sağa sürüşdürər. İndi isə bunun milli gəlirə necə təsir etdiyinə nəzər yerirək(Bax: Şəkil 14)
Şəkildən də görünür ki, dövlət xərclərinin artması IS əyrisini sağa doğru sürüşdürmüşdür. Tarazlıq nöqtəsi isə LM əyrisi üzərində hərəkət edərək, yeni mövqeyinə çatmışdır. Beləliklə, milli gəlir -dən -yə faiz dərəcəsi isə dən -yə qədər yülşəlmişdir.
Vergilərin azalması da IS əyrisini ΔT x MPC/(1-MPC) qədər sağa sürüşəcək və oxşar nəticə alınacaqdır.
LM əyrisinin öz yerini dəyişməsinə əsasən real pul balansındakı dəyişikliklər səbəb olur. M-dəki artım real pul balansı M/P-ni də artırır. Belə olduqda Şəkil 10-da göstərildiyinin əksi olaraq LM əyrisi sağa hərəkət edəcək(Bax: Şəkil 15)[8].
Şəkildən də görünür ki, LM əyrisi sağa doğru sürüşmüş və tarazlıq nöqtəsi IS əyrisi üzərində hərəkət edərək yeni mövqeyinə çatmışdır. Beləliklə milli gəlir -dən -yə qədər yüksəlmiş, faiz dərəcəsi isə -dən -yə qədər azalmışdır.
LM əyrisinin yerinin dəyişməsinə səbəb olan amillərədn biri də qiymətlərin səviyyəsindəki dəyişikliklərdir ki, bu mövzunu növbəti başlıq altında nəzərdən keçirmək daha məqsədəuyğundur.
IS-LM əyrisi əmtəə və pul bazarında tarazlığın necə əldə edildiyini və faiz dərəcəsi ilə ÜDM arasındakı əlaqəni əks etdirir. Bu tarazlıq qiymətlərin sabit olduğu vəziyyət üçün nəzərdə tutulub. Qiymətlərin dəyişməsi real pul balansının və LM əyrisinin yerini dəyişməsinə səbəb olur. Sözügüdən dəyişiklik milli gəlirin həcmindəki tərəddüdlərə gətirib çıxarır. Nəticə etibarı ilə IS-LM modeli milli gəlirin qiymət dəyişikliklərinə necə reaksiya verdiyini izah etməyə və bu iki göstərici arasındakı əlaqəni əks etdirən Məcmu tələb əyrisini formalaşdırmağa imkan verir[9].
Şəkil 16-ın A panelində qiymət səviyyəsindəki artımın LM əyrisini necə sürüşdürdüyü göstərilib. Qiymət səviyyəsinin artması LM əyrisini sola doğru hərəkət etdirir və milli gəlirin həcmi -dən -yə doğru geriləyir. Görünür ki, qiymət səviyyəsi və milli gəlir tərs-mütansibdir. Bu səbəbdən Şəkil 16-ın B panelində təsvir edilən Məcmu tələb əyrisi (AD) aşağıya doğru meyllidir.
Məcmu tələb (AD) qiymət səviyyəsi ilə milli gəlir arasındakı əlaqəni əks etdirir. Bu səbəbdən qiymət səviyyəsindəki dəyişiklik istisna olmaqla IS və LM əyrilərinin yerini dəyişməsinə səbəb olan hər hansı bir dəyişiklik AD əyrisinin də yerini dəyişəcək.
Fərz edək ki, dövlət xərclərindəki artım (və ya vergilərdəki azalma) IS əyrisini sağa hərəkət etdirib. Şəkil 17-in A panelində göründüyü kimi bu milli gəliri -dən -yə qədər yüksəldir. Nəticədə verilmiş qiymət səviyyəsində (P) daha çox məhsul istehsal olunur. Bu da AD əyrisinin sağa doru sürüşməsi ilə nəticələnir (Bax: Şəkil 17 panel B).
Əksi olduqda isə, məsələn dövlət xərclərinin azalması (və ya vergilərin artırılması) IS və dolayı olaraq AD əyrisini sola doğru hərəkət etdirəcək[9].
Fərz edək ki, mərkəzi bank genişləndirici pul siyasəti həyata keçrir və iqtisadiyyatdakı pul miqdarını artırır. M artdığından real pul balansı M/P-də yüksələcək ki, bu da LM əyrisini sağa hərəkət etməsinə səbəb olacaq. Şəkil 18-in A panelində göründüyü kimi bu milli gəliri -dən -yə qədər yüksəldir. Nəticədə verilmiş qiymət səviyyəsində (P) daha çox məhsul istehsal olunur. Bu da AD əyrisinin sağa doru sürüşməsi ilə nəticələnir[9] (Bax: Şəkil 18 panel B).
Əksi olduqda isə, yəni mərkəzi bank sərt pul siyasəti yeridib, iqtisadiyyatdakı pulun miqdarını azaldarsa, LM və dolayı olaraq AD əyrisini sola doğru hərəkət etdəcək.
Qiymət səviyyəsindəki dəyişikliklər real pul balansına təsir etdiyi üçün LM əyrisini hərəkət etirir. Bəs bu dəyişikliyin IS əyrisinə də təsir edir mi?
Fərz edək ki, qiymətlərin səviyyəsi aşağı enib. Şəkil 19-un B panelində göstərildiyi kimi real pul balansında artım baş verdiyi üçün əyrisi əyrisinə doğru sürüşəcəkvə tarazlıq nöqtəsi A-dan B-yə , milli gəlir isə -dən -yə keçəcək. Nəticədə Şəkil 19-un C panelində göstərildiyi kimi əyrisi formalaşacaq.
Amma burada bir məsələyə də diqqət yetirmək lazımdır. Belə ki, əgər qiymətlərin səviyyəsi aşağı enərsə, pulun alıcılıq qabiliyyəti daha artacaq ki, əhalinin gəliri deflyasiya hesabına artacaq. İstehlak funksiyasına əsasən, əhalinin gəlirinin artması onun istehlakını da artıracaq:
C=c(Y-T)= + MPCxY –MPCxT
Buradan görünür ki, deflyasiya hesabına əhalini gəlirinin ΔY qədər artması, onun xərclərini MPC x ΔY qədər artıracaq. İqtisadiyyatda bu artıma Piqunun sərvət effekti deyilir.
Başqa sözlə, Sərvət və ya Piqu effekti (ing. Wealth or Pique effekt)- qiymətlərin səviyyəsinin dəyişməsinin istehlakın həcminə təsirini əks etdirir[10].
Qiymətlərin həcminin aşağı enməsi istehlakı (C), istehlakın artması planlanan xərcləri (E) artırır (Bax Şəkil 19 panel A) ki, bu da IS əyrisinin sağa sürüşməsi ilə nəticələnir. Şəkil 19-nin B panelində göstərildiyi əyrisi əyrisinə keçəcək ki, bu da ilk tarazlıq nöqtəsi A-nın B-yə deyil, C-yə keçməsinə səbəb olacaq. Bu halda yeni qiymət səviyyəsində () milli gəlirin həcmi -ə bərabər olacaq. Nəticədə daha yastı əyrisi formalaşacaq.