Kastiliyalı IV Henri (isp. Enrique IV) (5 yanvar 1425[1] – 11 dekabr 1474, Madrid, Madrid vilayəti[d][1]) – Kastiliya kralı.
IV Enrike | |
---|---|
22 iyul 1454 – 11 dekabr 1474 | |
Əvvəlki | II Con |
Sonrakı | I İzabella |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 yanvar 1425[1] |
Vəfat tarixi | 11 dekabr 1474 (49 yaşında) |
Vəfat yeri |
|
Atası | Kastiliyalı II Xuan |
Anası | Araqonlu Mariya (Kastiliya kraliçası) |
Həyat yoldaşları | |
Uşağı | |
Ailəsi | Trastamar sülaləsi |
Dini | Roma-Katolik kilsəsi |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Kastiliya kralı II Con və ilk xanımı Araqonlu Mariyanın ən böyük oğlu idi və atasının ölümünün ardından Kastiliya kralı elan edildi. Onun səltənətində yerli əsilzadələr gücləndi və mərkəzi hakimiyyət zəiflədi.
Henri 1425-ci ildə Valyadoliddə dünyaya gəldi. Atası Kastiliya kralı II Con, anası isə Araqon kralı I Ferdinandın qızı Mariya idi. Dünyaya gəldikdən sonra "Asturiya şahzadəsi" ünvanı böyük bacısı Elyanoradan alınaraq ona verildi və atasının varisi olaraq elan edildi. Doğulduğu əsnada ölkənin idarəsi atasının yaxın adamı Alvaro Lunanın əlində idi. Kralın yeganə varisi olaraq Henri də Alvaronun himayəsində böyüdü. Ölkədə ayaqlanan zadəganlara qarşı mübarizə aparan Alvaro Luna bu mübarizəsində vəliəhdin gücündən istifadə etdi. 10 oktyabr 1444-cü ildə Henri Xaen şahzadəsi oldu və növbəti il bu ünvanla Olmeda düöyüşündə zadəganlara qarşı döyüşdü.
Atası II Conun vəfatından sonra 21 iyul 1454-cü ildə Henri Kastiliya kralı elan olundu.