IV Pyotr

IV Pyotr Asenİkinci Bolqarıstan imperiyasının ilk hökmdarıdır. Fyodor adı ilə anadan olmuşdur. II İsaak Angelosun vergiləri artırmasına reaksiya olaraq valaxlarbolqarları birləşdirərək qardaşı İvanla üsyana başlamışdır. 1185-ci ildə başlayan bu üsyanda Fyodor üsyançılar tərəfindən IV Pyotr adı ilə çar elan olunmuşdur.

IV Pyotr
Petăr IV
1185 – 1197
ƏvvəlkiIII Pyotr
SonrakıI İvan Asen
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Tarnovo, Bolqarıstan
Milliyyəti Bolqar
Fəaliyyəti suveren[d]
Atası ?
Anası ?
Ailəsi Asen sülaləsi
Dini Ortodoks
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üsyanın gedişi

[redaktə | mənbəni redaktə et]

1186-cı ilin baharında Bizans ordusuna məğlub olan üsyançılar ənənəvi paytaxt Preslavı ələ keçirə bilməmişdilər. İmperator qalibiyyət sərxoşluğu ilə Konstantinopola qayıdandan sonra kumanların dəstəyini alan Pyotr ordusu ilə müqavimətsiz qalan Bolqarıstanı yenidən ələ keçirdi.[1] Həmin vaxtlar Bizansın öz içində başlayan üsyanlar 1187-ci ilin sentyabrına qədər üsyanı nəzarətsiz qoydu. Elə bu il də imperator Bolqarıstanın müstəqilliyini tanımalı oldu.

Üçüncü Səlib yürüşü gedişində I Fridrix Barbarossa ilə ittifaq quran Pyotr Bizans ordusunu dəfələrlə zəiflətməyə nail olmuşdu. Pyotr qalibiyyətlərinə mükafat olaraq 1189-cu ildə qardaşı I İvan Aseni imperator elan edərək, özü taxtdan könüllü çəkildi lakin tacı vermədi. İkili hakimiyyət yarandı. 1196-cı ildə İvanın öldürülməsi ilə hakimiyyətə qayıdan Pyotr qatil İvankonu Bizansa qovdu. 1197-ci ildə Pyotr özü də öldürüldü və yerinə kiçik qardaşı Kaloyan keçdi.

  1. Byzantium's Balkan frontier: a political study of the Northern Balkans, 900-1204, Paul Stephenson, Cambridge University Press, 2000; ISBN 0-521-77017-3, p. 290.