Candaroğlu I İbrahim bəy (v. 1345) — III Candaroğulları bəyi.[1][2][3]
I İbrahim bəy | |
---|---|
Əvvəlki | Candaroğlu Süleyman bəy |
Sonrakı | Candaroğlu Yaqub bəy |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 1345 |
Atası | Candaroğlu Süleyman bəy |
Atası Candaroğlu Süleyman bəydir. Atasının səltənətində Sinop valisi idi. Taxtı ələ keçirmək üçün atasına qarşı mübarizə aparmışdır. Belə ki, qardaşı Çoban bəyin vəliəhd elan edilməsinə qarşı çıxaraq ayaqlanmış, ancaq atasının 1341-ci ildə vəfatının ardından Qiyasəddin ünvanıyla taxta keçmişdir.
Onun səltənətində baş tutan ən mühüm hadisə isə 1341-ci ildə Venesiya və Genuya ilə aparılan dəniz döyüşlərində qələbə qazanılması oldu. 1344-cü ildə Sinopda qeydə alınan bir vəqf sənədində “Əmir-ül-müəzzəm sahib-ül elm vəl-kələm vəs-seyf” ünvanlarıyla anılan İbrahim bəyin ölüm tarixi bilinməsə də, 1345-ci ildə bəyliyin başında əmisi Yaqub bəyin olduğu məlumdur.