I Alfonso (təq. 1120, güm. Siciliya qraflığı – 10 oktyabr 1144) — II Rocerin oğlu, Kapua knyazı və Neapol hersoqu. Norman ailələrindən biri olan Drenqot sülaləsinin son üzvü II Robertin devrilməsindən sonra atası tərəfindən Kapua hakimi elan olunmuşdu. 1137-ci ildə VII Serjiusun ölümündən sonra Neapollular onu hersoq seçmişdi. Roma yaxınlarında III Rocerlə birlikdə yürüşdə olarkən vəfat etmişdi.
I Alfonso | |
---|---|
lat. Anfusus I | |
Kapua knyazlığının XXXIV knyazı | |
1135 – 1144 | |
Əvvəlki | II Robert |
Sonrakı | I Vilyam |
Neapol hersoqluğunun XXXXIV hersoqu | |
1137 – 1144 | |
Əvvəlki | VII Serjius |
Sonrakı | I Vilyam |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1120 |
Doğum yeri |
|
Vəfat tarixi | 10 oktyabr 1144 |
Fəaliyyəti | siyasətçi, hərbi lider[d] |
Atası | II Rocer |
Anası | Elvira Jimenez |