I Bayan

Bayan Xaqan — avar hökmdarı (568–601)

Bayan Xaqan
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi 602
Fəaliyyəti siyasətçi

Bayan Xaqan 565-ci ildə slavyan tayfalarını ağır məğlubiyyətə uğradaraq Mərkəzi Karpatı ələ keçirmiş, Bizansı xərac vermək məçburiyyətində qoymuşdu. Lanqobardlarla ittifaq bağlayaraq hepidləri özünə tabe etmişdi. O. 568-ci ildə lanqobardların Cənubi İtaliyaya köçməsindən sonra indiki Macarıstan ərazisini tamamilə hakimiyyəti altına almışdı. Daha sonra qərbdə Frank kralı Ziqberti məğlubiyyətə uğratmış, cənubda isə Bizansın Singidunum və Sirmium kimi strateji əhəmiyyətli sərhəd qalalarını tutmuşdu (582). Bayan xaqanın hakimiyyəti dövründə xaqanlığın sərhədlərini Don çayından Qalliyaya, şimali slavyanların torpaqlarından İtaliyaya qədər genişləndirmişdi.

  • Azərbaycan Milli Ensiklopediyası, III cild. Bakı,2011, səh. 302.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]