I Dara — təqribən e.ə. 65-ci ilə qədər hakimiyyətdə olmuş Atropatena çarı. Daranın həyatı haqqında çox az şey məlumdur. O, qohumu I Mitridatın ölümündən sonra taxta çıxıb.
Dara hakimiyyəti dövründə Roma Respublikasının triumviri Qney Pompeyin ordusu tərəfindən hücuma məruz qalıb. Ancaq Pompeyin Atropatenaya hücumunun səbəbləri bilinmir. Dara elə e.ə. 65-ci ildə vəfat etmişdir. Ondan sonra qohumu I Ariobarzan Atropatena taxtına çıxmışdır.