I Georq (Yunanıstan kralı)

I Georgi (yun. Γεώργιος A', Βασιλεύς των Ελλήνων; 24 dekabr 1845[1][2][…], Kopenhagen[5]18 mart 1913[3][4][…], Saloniki[5]) — Yunanıstan kralı.

I Georq
dan. Georg I.
30 mart 1863 – 18 mart 1913
ƏvvəlkiOtto
SonrakıI Konstantin
Şəxsi məlumatlar
Doğum tarixi 24 dekabr 1845(1845-12-24)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 mart 1913(1913-03-18)[3][4][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti monarx
Atası IX Kristian (Danimarka kralı)
Uşaqları
Dini lüteranlıq
Rütbəsi general

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Georq 1845-ci il dekabrın 24-də Danimarkanın paytaxtı Kopenhagendə dünyaya gəlib. Danimarka kralı IX Kristianın ikinci oğludur. 1863-cü ildə 17 yaşında Yunanıstan kralı seçilib.

I Georq başda olmaqla kral ailəsi Böyük Britaniya və Rusiyaya ilə geniş əlaqələrə malik idi. Belə ki, I Georqun doğma bacısı Aleksandra Böyük Britaniya kralı VII Eduardın həyat yoldaşı və gələcək kral V Georqun anası idi. Digər bacısı Mariya isə Rusiya çarı III Aleksandrın həyat yoldaşı, gələcək çar II Nikolayın isə anası idi. I Georqun özü isə II Aleksandrın yaxın qohumu Olqa Konstantinovna ilə evlənmişdi.

1912-1913-cü illər Birinci Balkan Müharibəsində türklərin Balkandakı torpaqları hesabına Yunanıstanın ərazisi iki dəfə genişləndi. Osmanlı imperiyasına qarşı hərbi əməliyyatları genişləndirən I Georq 1913-cü il martın 5-də Salonikidə anarxist Aleksandros Sxinas tərəfindən qətlə yetirildi.

  1. 1 2 Georg 1. // Dansk Biografisk Lexikon (dan.).
  2. 1 2 Jordi I de Grècia // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  3. 1 2 Lundy D. R. William George I zu Schleswig-Holstein-Sonderburg-Glücksburg, King of the Hellenes // The Peerage (ing.).
  4. 1 2 Griechenland (Georg I.) // Brockhauz Ensiklopediyası (alm.).
  5. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #102300186 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.