I Konstantin (Yunanıstan kralı)

I Konstantin (yun. Κωνσταντίνος Αʹ; 2 avqust 1868[1][2][…], Afina[3]11 yanvar 1923[1][2][…], Palermo[3]) — 1913–1917-ci və 1920–1922-ci illərdə Yunanıstan kralı. O, 1897-ci ildə uğursuz Osmanlı–Yunanıstan müharibəsi zamanı Yunanıstan Ordusunun baş komandanı olmuş, 1912–1913-cü illərdə uğurlu Balkan müharibələri zamanı Yunanıstan qüvvələrinə rəhbərlik etmişdir. Bu zaman Yunanıstanın ərazisi və əhalisi ikiqat artmış, Saloniki Yunanıstana birləşdirilmişdir. O, atasının öldürülməsindən sonra 18 mart 1913-cü ildə Yunanıstan taxtına keçmişdir.

I Konstantin
yun. Κωνσταντίνος Αʹ
18 mart 1913 – 11 iyun 1917
ƏvvəlkiI Georq
SonrakıAleksandr
19 dekabr 1920 – 27 sentyabr 1922
ƏvvəlkiAleksandr
SonrakıII Georq
Şəxsi məlumatlar
Doğum tarixi 2 avqust 1868(1868-08-02)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 yanvar 1923(1923-01-11)[1][2][…] (54 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d]
Dəfn yeri
Təhsili
Fəaliyyəti suveren[d]
Atası I Georq
Həyat yoldaşı
Uşaqları
Dini Yunan Pravoslav Kilsəsi[d]
Rütbəsi general-feldmarşal

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Konstantin Yunanıstan kralı I Georginin və Böyük knyajina Olqa Konstantinovnanın böyük oğlu, Rusiya imperatoru I Nikolayın nəvəsi idi. O, atası tərəfdən Rusiya imperatoru II Nikolayın və Britaniya kralı V Corcun əmisioğlu idi. Konstantin Yunanıstanda doğulmuş Qlüksburq sülaləsinin ilk kralı idi. O, Almaniyada təhsil almış və Prussiya ordusunda xidmət etmişdir.

Konstantin 1897-ci ildə yunanların uduzduğu Osmanlıya qarşı birinci müharibədə, sonra isə iki qalibiyyətli müharibədə türklərə qarşı Birinci Balkan müharibəsində (1912–1913) və bolqarlara qarşı İkinci Balkan müharibəsində (1913) Yunanıstan qoşunlarına komandanlıq etmişdir. O, 18 mart 1913-cü ildə Salonikidə küçədə anarxist tərəfindən öldürülən atasının yerinə keçmişdir.

Kral Konstantin 3 aprel 1913-cü ildən Rusiya Ordusunun Nevski 1-ci piyada alayının rəisidir. O, Almaniyaya rəğbət bəsləyirdi və Yunanıstanın Birinci Dünya müharibəsində (1914–1918) Antanta tərəfində iştirakına qarşı çıxmışdı. Baş nazir Elefterios Venizelos ilə bu fikir ayrılığı və sonuncunun vəzifədən uzaqlaşdırılması milli parçalanma ilə nəticələnmişdir.

1889-cu ildə Afinada Konstantin Almaniya kayzeri II Vilhelmin bacısı Sofiya ilə evlənmişdir. Cütlük dördüncü dərəcədən əmiuşağı idi; hər ikisi Rusiya imperatoru I Pavelin nəvələr olmuşdur. Almaniyaya görə Konstantin 1917-ci ilin yayında ikinci oğlu Aleksandrı taxtda qoyaraq ölkəni tərk etmək məcburiyyətində qalmışdır.

  1. 1 2 3 4 Constantine I // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 5 Lundy D. R. Konstantinos I zu Schleswig-Holstein-Sonderburg-Glücksburg, King of the Hellenes // The Peerage (ing.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #136420702 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Darling, Janina K. Panathenaic Stadium, Athens // Architecture of Greece. Greenwood Publishing Group. 2004. ISBN 0-313-32152-3.
  • Dutton, David. "The Deposition of King Constantine of Greece, June 1917: An Episode in Anglo-French Diplomacy." Canadian Journal of History 12.3 (1978): 325–346.
  • Leontaritis, George B. Greece and the First World War (1990)
  • Michalopoulos, Dimitris, "Constantine XII, King of the Hellenes. An outline of his personality and times", Parnassos, vol. 46, pp. 355–360.
  • Van der Kiste, John. Kings of the Hellenes. Sutton Publishing. 1994. ISBN 0-7509-2147-1.
  • Young, David C. The Modern Olympics: A Struggle for Revival. JHU Press. 1996. ISBN 0-8018-7207-3.
  • Polykratis, Iakovos Th. Constantine // Passas Ioannis (redaktor). Encyclopedia "The Helios" (yunan). XI. Athens. 1945–1955.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]