I Manuçar (Meqreliya knyazı)

I Manuçar (gürc. მანუჩარ I დადიანი ; XVI əsr1611) — Dadianilər sülaləsindən olan Meqreliya knyazı. 1590-1611-ci illərdə hakimiyyətdə olmuşdur. Atası Meqreliya knyazı I Levandır. 1590-cı ildə böyük qardaşı IV Mamianın ölümündən sonra Meqreliya taxtına çıxmışdır.

I Manuçar
მანუჩარ I დადიანი
1590 – 1611
ƏvvəlkiIV Mamia
SonrakıII Levan
Şəxsi məlumatlar
Doğum tarixi XVI əsr
Vəfat tarixi
Atası I Levan
Həyat yoldaşları Nestan-Darecan
Tamar

Meqreliya knyazlığı İmereti çarlığının tərkibindəki inzibati-ərazi vahidlərindən biri olmuşdur. I Manuçarın dövründə Gürcüstanda siyasi olaraq qarışıqlıq hökm sürürdü. Bu dövrdə I Manuçar xələfləri kimi İmereti çarlığı üzərində Dadianilərin təsirini artırmağa çalışırdı. Həmçinin Gürcüstanı bütünlüklə hakimiyyəti altına almaq istəyən Kartli çarı I Simona qarşı mübarizə aparmış və ona qarşı İmereti çarı Rüstəmə dəstək vermişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

I Manuçarın taxta çıxdığı 1590-cı ildə Şərqi Gürcüstanda hökm sürən Kartli çarı I Simon İmeretidəki hakimiyyət dəyişikliyindən istifadə edərək bölgəni öz hakimiyyəti altına salmağa çalışdı. O, topla təchiz olunmuş ordusu ilə Lixi dağlarını keçərək İmeretiyə daxil oldu. I Simon Kartli çarı Rüstəmi Meqreliyaya qarşı hücuma keçməyə məcbur etdi. I Manuçar Rüstəmə təklif etdi ki, hücumu dayandıracağı təqdirdə onun vassallığını qəbul edəcək və həmçinin I Simona itaət edəcək. Lakin I Simon bu təklifi qəbul etmədi və I Manuçardan təslim olmasını tələb etdi. Həmçinin onu təslim olmayacağı təqdirdə Meqreliyaya hücum etmək ilə təhdid etdi.[1][2]

I Manuçar buna qarşılıq olaraq ordu yığmağa başladı. Sonradan İmereti çarı Rüstəmin də dəstəyini alan I Manuçar, Opşkvitidə I Simona hücuma keçdi və onu məğlub etdi. Həmçinin I Simonun ordusuna aid olan toplar da I Manuçarın əlinə keçdi. I Simonun Kartliyə doğru geri çəkilməsindən sonra Rüstəm I Manuçarın mühafizəsi altında İmeretiyə geri döndü. Bu dövrdə I Simon və Rüstəm arasında sülh əldə edilməsindən sonra Qərbi Gürcüstanda siyasi sabitlik yarandı. XVIII əsr tarixçisi Vaxuşti Baqrationiyə görə I Manuçar ov zamanı maral sürüsünü təqib edərkən həlak olmuşdur. Onun yerinə taxta oğlu II Levan keçmişdir.[1][3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Bagrationi, Vakhushti. Nakashidze, N.T. (redaktor). История Царства Грузинского [History of the Kingdom of Georgia] (PDF) (Russian). Tbilisi: Metsniereba. 1976. 136–137. 2014-02-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.
  2. Rayfield, Donald. Edge of Empires: A History of Georgia. London: Reaktion Books. 2012. səh. 180. ISBN 1780230303.
  3. Grebelsky, P. Kh.; Dumin, S.V.; Lapin, V.V. Дворянские роды Российской империи. Том 4: Князья Царства Грузинского [Noble families of the Russian Empire. Vol. 4: Princes of the Kingdom of Georgia] (Russian). Vesti. 1993. 46–47.