I Marqarita (fr. Marguerite I de Bourgogne; 1309 – 9 may 1382, Paris) — Fransa kralı V Filippin böyük qızı, Artes və Burqundiya qrafinyası.[2] O, həmçinin Flandriya qrafı I Lüdovikin xanımı, Flandriya qrafinyası oldu.
I Marqarita | |
---|---|
fr. Marguerite de France | |
17 sentyabr 1322 – 26 avqust 1346 | |
21 noyabr 1361 – 9 may 1382 | |
Əvvəlki | I Filipp |
Sonrakı | II Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1309 |
Vəfat tarixi | 9 may 1382 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | V Filipp |
Anası | II Janna |
Həyat yoldaşı | I Lüdovik |
Uşağı | II Lüdovik |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Ancaq ərinin 1346-cı ildə Kresi döyüşündə həlak olmasının ardından yeganə oğlu II Lüdovik qraf elan edildi və azyaşlı olması səbəbilə, Marqarita onun naibəsi təyin edildi. 1357-ci ildə adaşı olan nəvəsi Marqaritanı bacısı Jannanın nəvəsi və varisi I Filipplə evləndirdi. Məqsəd valideynlərindən miras qalan Artes və Burqundiya qraflıqlarını əldən qaçırmamaq idi. Ancaq bu cütlüyün övladı olmadı və 1361-ci ildə I Filippin vəfatının ardından Artes və Burqundiya qraflığı nənə Marqaritanın əlinə keçdi.
Nəvə Marqaritanı isə 1369-cu ildə Fransa kralı II Conun oğlu Cəsur Filiplə evləndirdi.
1382-ci ildə nənə Marqarita vəfat etdi və bütün mülkləri 2 il sonra vəfat edəcək yeganə oğlu II Lüdovikə miras qaldı. Onun ölümündən sonra isə bu mülk və ünvanlar nəvəsi Marqaritaya miras qaldı.