II Janna (Fransa kraliçası)

II Janna (fr. Jeanne II; təq. 1288[1]21 yanvar 1330[2] və ya 1330[3], Paris[2]) — Fransa kralı V Filippin xanımı, Fransa kraliçası.[4] O, eyni zamanda atası vasitəsilə Burqundiya qrafinyası, anası vasitəsilə isə Artes qrafinyası ünvanlarını miras aldı.

II Janna
fr. Jeanne de Bourgogne
17 mart 1303 – 21 yanvar 1330
ƏvvəlkiIV Otto
SonrakıIII Janna
20 noyabr 1316 – 3 yanvar 1322
ƏvvəlkiMacar Klementina
SonrakıBurqundiyalı Blanş
27 noyabr 1329 – 21 yanvar 1330
ƏvvəlkiArtesli Matilda
SonrakıIII Janna
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1288[1]
Vəfat tarixi 21 yanvar 1330[2] və ya 1330[3]
Vəfat yeri
Atası IV Otto
Anası Artesli Matilda
Həyat yoldaşı V Filipp
Uşaqları III Janna
I Marqarita
İzabella
Blanş
Filipp
Dini xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Janna 1287-ci ildə Burqundiya qrafı IV OttoArtes qrafinyası Matildanın ən böyük qızı və varisi olaraq dünyaya gəldi. Uşaqlıq illəri haqqında yetərli məlumat yoxdur. 1295-ci ildə Fransa ilə bağlanan sülhə əsasən, böyük qardaşı Robert mirasdan məhrum edilmişdi və bu səbəblə, 1303-cü ildə atasının vəfatından sonra anasının naibəliyi altında Burqundiya qrafinyası oldu.

21 yanvar 1307-ci ildə Fransa kralı IV Filippin ikinci oğlu Uzun Filipplə evləndirildi. 1314-cü ilin əvvəllərində IV Filippin 3 gəlininin, eləcə də Jannanın adı Nesl skandalına qarışdı və müvəqqəti olaraq ev həbsinə alındı. Digərlərindən fərqli olaraq Jannanın günahsızlığı sübut edildi və parlament tərəfindən bəraət verildi. IV Filippin ölümünün ardından isə azadlığa çıxdı.

1316-cı ildə əri V Filipp adıyla Fransa taxtına əyləşdi və Janna Fransa kraliçası oldu.

Ərinin 1322-ci ildə ölümündən sonra Janna Burqundiyaya qayıtdı və burada yaşadı. 1329-cu ildə anasının vəfatından sonra Artes qrafinyası oldu ancaq 21 yanvar 1330-cu ildə Parisdə vəfat etdi. Onun bütün ünvanları isə 1318-ci ildə Burqundiya hersoqu IV Edoyla evlənən böyük qızı Jannaya miras qaldı. Beləcə, Burqundiya qraflığı və hersoqluğu birləşdi.

  • Menache, Sophia (1998). Clement V. Cambridge, England: Cambridge University Press. p. 85. ISBN 0521592194
  • Echols, Anne; Williams, Marty, eds. (1992). An annotated index of medieval women. Markus Wiener Publishers. ISBN 9780910129275
  • George, Hereford Brooke (1875). Genealogical table illustrative of Modern History. Oxford at the Clarendon Press.
  1. 1 2 Fourquet É. Les hommes célèbres et les personnalités marquantes de Franche-Comté. Du IVe siècle à nos jours (fr.). Besac: Séquania, 1929. P. 38. ISBN 2-912351-18-9
  2. 1 2 3 4 Académie des sciences, belles-lettres et arts de Besançon (fr.). Besac: Académie des sciences, belles-lettres et arts de Besançon et de Franche-Comté, 1889. P. 186.
  3. 1 2 Dictionary of Women Worldwide (ing.): 25,000 Women Through the Ages. / A. Commire, D. Klezmer Detroit: Gale, Yorkin Publications, 2006. 2572 p. ISBN 978-0-7876-7585-1
  4. Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnership, 1274–1512. Palgrave Macmillan