I Nikefor (yun. Νικηφόρος)(760 – 26 iyul 811, Pliska) — Bizans imperatoru.[1][2][3]
I Nikefor | |
---|---|
Əvvəlki | Afinalı İrina |
Sonrakı | Stavrak |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 760 |
Vəfat tarixi | 26 iyul 811 |
Vəfat yeri | |
Fəaliyyəti | rəhbər |
Uşaqları |
Stavrak Prokopiya |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən ərəb mənşəli olduğu qeyd olunur. Frank kralı Böyük Karlla evlənmək niyyətində olan İmperatriça İrinanın devrilməsinin ardından taxtı ələ keçirmişdir.
Birinci Bulqar dövlətinin çarı Krum xanla mübarizədə Pliska yaxınlığında məğllub olmuş, ələ keçirilərək edam edilmişdir. Kəsik başından şərab qədəhi hazırlandığı və çara hədiyyə edildiyi rəvayət edilir. 803-cü ildə ortaq imperator elan etdiyi yeganə oğlu Stavrak isə bu döyüşdə ağır yaralanaraq döyüş meydanından qaçırılmış, Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik imperator elan edilmişdir.