I Otto, I Otton və ya I Böyük Otto (alm.Otto I der Große; d. 23 noyabr 912 – 7 may 973) — Almaniya kralı (936–973). Müqəddəs Roma imperiyasının banisi (962).
I Böyük Otto 912-ci ildə Saksoniya vilayətinin Vallhauzen şəhərində anadan olmuşdur. 24 yaşından — 936-cı ildən Almaniya kralı olmuşdur. Sakson sülaləsindən olan I Otto kral hakimiyyətini möhkəmləndirmək yeritmiş, tayfa hersoqlarının separatizminə qarşı mübarizədə geniş imtiyazlar verdiyi yepiskoplara və abbatlara arxalanmışdı. Polab (Lababoyu) slavyanları torpaqlarının işğalını davam etdirmiş, onları xristianlaşdırmaq üçün 968-ci ildə Maqdeburq arxiyepiskopluğunun əsasını qoymuşdur. 955-ci ildə Lex çayı sahilində macarları darmadağın etmiş, onların qərbə yürüşünü dayandırmışdır. 951-ci ildə Lombardiyanı tutmuş, İtaliya kralı titulunu qəbul etmişdi. 962-ci ildə Roma üzərinə yürüşə başlamış, 962-ci il fevralın 2-də papa imperatorluq taxt-tacını ona təqdim etmişdir. Bununla da Müqəddəs Roma imperiyasının əsası qoyulmuşdur. Bundan 11 il sonra 973-cü il mayın 7-də I Otto vəfat etmişdir.
X əsrin ortaları və XI əsrin əvvəllərindən alman feodal dövləti özü işğalçılıq siyasətinə başladı. Şərqdə almanların əsas işğal obyekti Lababoyu Slavyanlarının torpaqları oldu. 951-ci ildə Almaniya kralı I Otto (936–973) Şimali İtalyanı ələ keçirdi. O, 962-ci ildə Romanı işğal edib, özünü Roma imperatoru elan etdi. Bu vaxtdan etibarən təkcə Şimali və Mərkəzi İtaliya deyil, Roma papaları da Almaniya imperatorundan asılı vəziyyətə düşdülər. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar.
Althoff, Gerd. Die Ottonen: Königsherrschaft ohne Staat (German) (3rd). W. Kohlhammer. 2013. ISBN978-3-17-022443-8.
Arnold, Benjamin. Medieval Germany , 500–1300 A Political Interpretation. Palgrave Macmillan. 1997. ISBN978-0-333-61091-6.
Bachrach, David. "Exercise of royal power in early medieval Europe: the case of Otto the Great 936–73". Early Medieval Europe. Wiley-Blackwell. 17 (4). 2009: 389–419. doi:10.1111/j.1468-0254.2009.00283.x.
Gallagher, John Joseph. Church and state in Germany under Otto the Great (936–973). Catholic University of America. 1938. OCLC3235092.
Howorth, H. H."The Spread of the Slaves. Part III. The Northern Serbs or Sorabians and the Obodriti". The Journal of the Anthropological Institute of Great Britain and Ireland. 9. 1880: 181–232. JSTOR2841974. (abunə tələb olunur)
Laudage, Johannes. Otto der Große: (912–973). Eine Biographie. Friedrich Pustet. 2001. ISBN978-3-7917-1750-0.
Schneidmüller, Bernd. Schneidmüller, Bernd; Weinfurter, Stefan (redaktorlar ). Otto I. Die deutschen Herrscher des Mittelalters. Historische Porträts von Heinrich I bis Maximilian I (919–1519). C.H. Beck. 2003. ISBN978-3-406-50958-2.
Wies, Ernst W. Otto der Große. Kämpfer und Beter (3rd). Bechtle. 1998. ISBN978-3-7628-0483-3.