I Qafqaz korpusu

Ordu korpusunun ilk komandanı Yusif İzzət paşa

Osmanlı ordusunun I Qafqaz korpusu (türkcə: I Kafkas Kolordusu ya da I Kafkas Kolordusu), Osmanlı ordusunun ordu korpuslarından biri. I Dünya Müharibəsi dövründə yaradılmışdır.

1916 dekabr, avqust 1917, yanvar 1918

[redaktə | mənbəni redaktə et]

1916 dekabr, avqust 1917, yanvar 1918-ci illərdə korpusun strukturu belə idi:[1]

  • Birinci Qafqaz Korpusu
    • IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, 36-cı Qafqaz diviziyası

1918 iyunda strukturu

[redaktə | mənbəni redaktə et]

1918-ci ilin iyun ayında korpusun strukturu belə idi:[2]

  • Birinci Qafqaz Korpusu
    • Ordu korpusunun ikinci və sonuncu komandanı Kazım Qarabəkir paşa
      IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, XV diviziya

Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi

[redaktə | mənbəni redaktə et]

Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir.

Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir.

1916-cı ilin sentyabrında yaradılan ordu korpusu, 1918-ci ilin oktyabr ayının 21-də Mudros barışığına görə ləğv edilmişdir.[5] Ordu korpusu ləğv edilsə də şəxsi heyəti Kazım Qarabəkir paşanın rəhbərliyi altında Türkiyə İstiqlaliyyət müharibəsinin sonuna qədər döyüşmüşdür.

  1. Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 154, 170, 181.
  2. Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 188.
  3. T.C Baş Qərərgahı Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Müharibəsinə qatılan tümən və daha yuxarı rütbələrdəki komandanların bioqrafiyaları, Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh. 69. (türkcə)
  4. T.C Baş Qərərgahı Hərb Tarixi Başqanlığı Yayımları, Türk İstiqlal Müharibəsinə qatılan tümən və daha yuxarı rütbələrdəki komandanların bioqrafiyaları, Baş Qərərgah Nəşriyyatı, Ankara, 1972, səh 163. (türkcə)
  5. Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918–1920), Türk Tarih Kurumu Basımevi, 2001