I Qriqor Dop, Qriqor Xaçınlı (bilinmir – 1387) – XIII əsrdə Xaçın knyazı.[2]
I Qriqor Dop | |
---|---|
III Yuxarı Xaçın knyazı | |
Əvvəlki | I Həsən |
Sonrakı | II Həsən |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Vəfat tarixi | ? |
Atası | I Həsən |
Anası | Dop xatun |
Uşaqları | II Həsən, Hovannes, Sevada[1] |
Ailəsi | Dop sülaləsi |
Dini | xristian |
Hakimiyyətinə Yuxarı Xaçın ərazisi daxil idi. I Həsən və Dəfnə xatunun övladı olmuşdur.[3] Həsən Cəlalın xalası oğludur. I Qriqor Dop oğlu Saak Sevada ilə birgə monqol sərkərdəsi Baycu noyonun Mesopatamiya səfərində (1242–1243) iştirak etmişdir.[3] Özündən sonra hakimiyyətə oğlu Həsən gəlmişdir. Digər oğlu Hovannes isə monax həyatını seçərək monastırda qulluğa başlamışdır.[1] I Qriqor Dopun adı ilk dəfə 1220-ci ildə Hədəvəng monastırının kitabələrindən birində xatırlanır.[3] Onun adından yazılmış və monqolların İran, Ermənistan və Xaçını ələ keçirməsi ilə başa çatan kiçik bir "Xronoqrafiya " dövrümüzə çatmışdır.