I Sam Mirzə

I Sam Mirzə — Özünü Səfəvi şahı Sultan Hüseynin oğlu kimi qələmə verən şahzadə. 1743-cü Nadir şaha qarşı üsyan qaldıran I Sam Mirzə 50 minlik qoşunla Surxay xanın müşaiyətində Şirvanın mərkəzi olan Ağsu (yaxud dövrün mənbələrində Yeni Şamaxı) şəhərini zəbt etdi. Əhali onu rəğbətlə qarşıladı.[1] O, Nadir Şah tərəfindən qoyulmuş vergilərdən azad etdi. 1743-cü ildə Nadir şahın oğlu Nəsrullah mirzə başda olmaqla qızılbaş qoşunu Kür çayı sahilində I Sam mirzənin qüvvələrini haqladı və son nəfərinə qədər qırdı. Nəsrullah mirzə yalançı şahzadənin burnunu və qulaqlarını kəsdirmişdi.[2]

  1. Ağsunun tarixi Arxivləşdirilib 2021-12-08 at the Wayback Machine agsu-ih.gov.az
  2. Nadir şah Əfşar Arxivləşdirilib 2018-08-02 at the Wayback Machine tarix.info

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]