I Seyfəddin Qazi (1100 - 1149)—Zəngilər sülaləsindən Mosul atabəyi, hökmdar.
I Seyfəddin Qazi | |
---|---|
1146 – 1149 | |
Əvvəlki | İmadəddin Zəngi |
Sonrakı | Qütbəddin Mövdud Zəngi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Mosul |
Dəfn yeri | Mosul |
Milliyyəti | avşar türkü |
Atası | I İmadəddin Zəngi |
Ailəsi | Zәngilәr dövlәti |
Dini | Sünni İslam |
1146-cı ildə Caber qalasının fəthi zamanı İmadəddin Zəngi öldürüldü. Atabəyin öldürülməsi böyük Zəngilər dövlətinin də parçalanması demək idi. Onun ölümündən sonra dövlət iki oğlu - Nurəddin Mahmud Zəngi və Seyfəddin Qazi arasında bölüşdürüldü. Nurəddin Mahmud Suriyanın idarəçiliyini öz üzərinə götürdü və Hələb şəhərini də özünün paytaxtı elan etdi. Seyfəddin Qazi isə Əl-Cəzirə bölgəsinə sahiblənib Mosula da başşəhər statusu verdi.
Beləliklə, yaranması böyük tarixi bir hadisə olan Zəngilər dövləti iki yerə parçalandı. Bəziləri bu parçalanmadan istifadə edib bu torpaqları öz hakimiyyətləri altına almağa çalışdı. O cümlədən, Səlcuq şahzadələrindən Alp Arslan ibn Mahmud atabəyliyin idarəsini ələ keçirmək məqsədilə yürüş etdi. Amma Seyfəddin Qazi bu yürüşün qarşısını almağa nail oldu. O daha sonra qardaşı Nurəddinlə razılaşma əldə etdi və Mosula gələrək atasının yerinə keçdi. İki qardaş arasında əldə olunan ittifaq isə dövlətin daha da qüdrətlənməsinə imkan verdi. Zəngilər növbəti dəfə istilalara başladılar. Hələb bölgəsinin idarəçiliyi tamamilə ələ alındıqdan sonra Seyfəddin Qazi səliblərin işğal etdiyi bölgələri istila etdi. Bundan sonra isə, əsrlər öncə Assurlar tərəfindən deportasiya olunduqları Ərsaq (Qarabağ) bölgəsinə gəlib çıxdılar.
1149-cu ildə Seyfəddin Qazinin Mosulda vəfat etməsindən sonra onun taxtına qardaşı Qütbəddin Mövdud sahib çıxdı.