Nurəddin Mahmud Zəngi (11 fevral 1118, Mosul – 15 may 1174, Dəməşq[1]) — Zəngilər sülaləsindən olan hökmdar, atabəy.
Nurəddin Mahmud Zəngi | |
---|---|
ərəb. الملكُ العادلُ أبو القاسمِ نور الدين محمود بن عمادِ الدِّين زَنْكِي | |
1154 – 1174 | |
Əvvəlki | I İmadəddin Zəngi |
Sonrakı | Məlik Saleh İsmayıl Zəngi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Dəməşq |
Vəfat səbəbi | Angina |
Dəfn yeri | Dəməşq |
Milliyyəti | avşar türkü |
Fəaliyyəti | hərbi lider[d], siyasətçi |
Atası | I İmadəddin Zəngi |
Uşağı | |
Ailəsi | Zәngilәr dövlәti |
Dini | Sünni İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Nurəddin Mahmud Zəngi 1116-cı ildə Mosul şəhərində anadan olmuşdu. I İmadəddin Zənginin oğludur. 1154-cü ildən Dəməşqin əmiri idi.
Səlahəddin Əyyubi atabəy Nurəddin Mahmud Zənginin diqqətini cəlb etmişdi. Ona görə də atabəy 17 yaşında olan Səlahəddini saraya gətirdi və o burada dövləti idarə etməyi də dərindən öyrəndi. Tədricən qüvvətlənməkdə olan atabəy Nurəddin Zəngi Misiri də tam şəkildə öz nəzarəti altına almaq istəyirdi. Bu arada Misirdə azlıqda olan məzhəblər üsyan qaldırdılar. Bunu görən Zəngi Misirdaki üsyanı yatırtmaq və orada sabitliyi bərpa etmək məqsədilə Şirkuhu Fatimi xəlifəsi əl-Adidin tabeliyinə verdi. Atabəy Səlahəddini isə Şirkuhun köməkçisi təyin etdi. Xəlifənin razılığı ilə Şirkuh öz tabeliyində olan əsgərlərlə Misir üzərinə yürüş etdi. Şirkuh Səlahəddinin yardımı ilə Misir üsyanını yatırdı. Bundan sonra Misirin idarə edilməsi də Şirkuha tapşırıldı. Misir ələ keçiriləndən az sonra Şirkuh vəfat etdi.
Nurəddin Mahmud Zəngi 1174-cü ildə Dəməşq şəhərində vəfat edib.