I Sultan Mahmud xan

I Sultan Mahmud xan (1464, Moğolustan1508, Xücənd) — Moğolustan hakimi, Yunus xanın oğlu.

I Sultan Mahmud xan
1487 – 1508
ƏvvəlkiYunus xan
SonrakıMənsur xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Moğolustan
Vəfat tarixi
Vəfat yeri Moğolustan
Atası Yunus xan
Ailəsi Çingizlilər, Cığataylılar
Dini Sünni İslam

Sultan Mahmud xan Yunus xan oğlu 1464-cü ildə anadan olmuşdu.1485-1487-ci ilərdə Daşkəndin hakimi olmuşdu. 1487-ci ildə atasının vəfatından sonra ümumi xan elan edilmişdi. Amma faktiki olaraq qərbi Moğolustana başçılıq edirdi.

I Sultan Mahmud xan şəxsiyyətcə sakit, həlim, dava-dalaşdan uzaq adam idi. Şeirə, musiqiyə önəm verirdi. Onun hakimiyyəti dönəmində Duqlat tayfası ara vuruşmaları ilə hakimiyyəti sarsıdırdı. Bir yandan da qardaşı oğlanları, Sultan Xəlil oğlanla Sultan Səid oğlan hakimiyyət uğrunda mübarizə aparırdılar.

I Sultan Mahmud xan 1502-1503-cü illərdə qardaşı Sultan Əhməd oğlanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə atılmışdı. Son döyüşdə Çuçi nəslindən olan Özbək xanına əsir düşdü, lakin tezliklə azad edildi.

I Sultan Mahmud xan 1504-cü ilin yazında hakimiyyəti faktiki olaraq qardaşı oğlu Mənsur xana verib, Yeddikəndə (Cetikentə) çəkildi.4 il orda yaşayaraq daxili çəkişmələrdən uzaq qaldı. 1508-ci ildə oğulları ilə Mavəraünnəhrə gedərək Məhəmməd Şeybani xandan yardım istədi. Məhəmməd Şeybani xan onu Xocənddə, Sırdəryanın kənarında övladları ilə bərabər öldürdü.

  • Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз. — ISBN 5-02-027059-8.
  • Султанов Т. И. Чингиз-хан и Чингизиды. Судьба и власть. — М.: АС:АСТ МОСКВА, 2006. — 445 с. — (Историческая библиотека). — 5000 экз. — ISBN 5-17-0358040.