● Zülqədər-Ağqoyunlu birliyini Durnaçay savaşında məğlub edən Şah İsmail istiqamətini İraqa çevirdi və Beyrək bəy Pornak 10.000 nəfərlik ordusu ilə qızılbaşlara qalib gələ bilməyəcəyini anlayıb fərar etdi. Şah İsmail Bağdadı döyüşsüz fəth etdi. Şah İsmail Luri-Kuçek hökmdarı Rüstəmə qarşı 10.000 süvari göndərdi. Özü isə 20.000 süvari ilə Müşəşəyilər sultanı Məlikşah Fəyyaza qarşı yürüşə çıxdı. Dağlıq ərazidən keçən qızılbaş süvariləri və atları zəhərli sürüngənlərə hədəf oldu. Bir neçə qızılbaş və at zəhərin şiddətli işgəncələri altında həlak oldu. Dağları keçən qızılbaşlar tamamən yorğun və ruh düşkünlüyü içində idilər. Şah İsmail vəziyyəti çətin görüb Sultan Məlikşah Fəyyaza sülh təklif etdi. 25.000 süvari, 10.000 piyada ordusu olan Məlikşah Fəyyaz sülhü rədd etdi və hücuma keçdi. Şah İsmail və 4700 qorçunun mərkəzə hücumu ilə müşəşaların müqaviməti qırıldı. Şah və qorçuları mərkəzdən irəliləyib düşmənin arxasına keçdilər. Digər qızılbaş dəstələri isə düşməni qarşıdan sıxışdırmağa başladılar. Məlikşah Fəyyaz məğlub olduğunu görüb fərar etdi.
İllər |
---|
1504 • 1505 • 1506 • 1507 — 1508 — 1509 • 1510 • 1511 • 1512 |
Onilliklər |
1480-ci illər • 1490-cı illər — 1500-cü illər — 1510-cu illər • 1520-ci illər |
Əsrlər |
XV əsr — XVI əsr — XVII əsr |
1508 digər təqvimlərdə | |
---|---|
Qriqori təqvimi | 1508 MDVIII |
Yuli təqvimi | 1508 |
Yuli təqvimi bizans erasında |
7016-7017 (1 sentyabr) |
Romanın yarandığı gündən | 2260-2261 (21 aprel) |
Avropa təqvimi |
5268-5269 ה'רס"ח - ה'רס"ט |
Hicri təqvim | 913-914 |
Erməni təqvimi | 4000-4001 (11 avqust)
ՌՇԸ |
Çin təqvimi | 4204-4205 丁卯 - 戊辰 qırmızı dovşan - sarı əjdaha |
Efiopiya təqvimi | 1500 - 1501 |
Hind təqvimi | |
- Vikram-samvat | 1564-1565 |
- Şaka sambat | 1430—1431 |
- Kali-yuqa | 4609-4610 |
İran təqvimi | 886-887 |
Buddist təqvimi | 2051 |
Holosen təqvimi | 11508
|