I Vologez

I Vologez (parf 𐭅𐭋𐭂𐭔; Valaqaş; 2578) — eramızdan əvvəl 51–78-ci illərdə hakimiyyətdə olmuş Parfiya çarı. Parfiya çarı II Vononun yunan konkubinasından olan oğlu idi[1] və atasının ölümündən sonra, 51-ci ildə taxta çıxmışdır.[2] Atropat Midiyasının hakimiyyətini qardaşı II Pakora verdikdən sonra o, digər qardaşı I Trdat üçün Ermənistanı işğal etmişdir. Bu, Roma ilə Parfiya arasında uzun illər müharibələrə səbəb olmuş (54–63) və Roma sərkərdəsi Korbulonun Ermənistanı fəth etməsi ilə nəticələnmişdir.[3]

I Vologez
Parfiya çarı
51 – 78
ƏvvəlkiII Vonon
SonrakıII Pakor
Şəxsi məlumatlar
Doğum tarixi 25
Vəfat tarixi 78
Fəaliyyəti monarx
Atası II Vonon
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vologezin gücü dakisak tayfalarının hücumu, hirkanlıların üsyanı və oğlu II Vardanın taxta olan iddiaları ilə zəifləmişdir. İosif Flavi qeyd edir ki, onu şərq tayfalarının işğalından Adiabena vassal kralı xilas etmişdir. Trdatın Ermənistan çarı kimi tanınmasından sonra sülh bərpa olunmuş, lakin razılaşmaya görə, Trdat Romanın vassal kralı olmalı idi. O, imperator Neronun dövründə Romaya getmiş və ondan kral diademini təntənəli şəkildə almışdır. Həmin andan etibarən arşakunilər sülaləsi Ermənistanın yeni hakim sülaləsi olmuşdur.[3]

  1. Bivar, 1983. səh. 79
  2. Gregoratti, 2018. səh. 1
  3. 1 2 Dąbrowa, 2007. səh. 125; Dąbrowa, 2010. səh. 34; Schippmann, 1987. səh. 221–224

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]