Şişyarpaq şümşə (lat. Ilex aquifolium) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinin şümşə cinsinə aid bitki növü.
Şişyarpaq şümşə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Şişyarpaq şümşə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Şimali Afrika, Qərbi Avropa və Skandinaviya yarımadasında yayılmışdır.
Hündürlüyü 15-25 m-ə və gövdəsinin diametri 60 sm-ə çatan həmişəyaşıl, sıx piramidal və ya uzunsov çətirli ağacdır. Aşağı əyilən və ya düz yönələn budaqları möhləm, şabalıdı, Qonur rəngli qabıqla örtülmüşdür. Bozumtul-qonur rəngli zoğları çılpaq və ya qısa sıx tüklərlə örtülü olur. Yarpaqlarının uzunluğu 2-10 sm, eni isə 2-4,5 sm-ə çatan, yumurtavari və ya tərsyumurtavari formada olub, kənarları 2-9 batıq dişli, dalğavari, parlaq, dərivaridir, üstdən tünd-yaşıl, altdan tutqun rənglidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri keçən ilki zoğlarda qoltuğunda, çətirvari qalxanlarda yerləşir. Çiçəkləri ağ, ətirli, 4-5 üzvlü olub, qısa, çılpaq və ya qısatüklü çiçək saplağında yerləşir. Meyvəsi 7-11 mm uzunluğunda, 5-10 sm enində olub, qırmızı rəngli, kürəvi və ya yumurtavarıdır, 4, bəzən 5 çəyirdəklidir. Çəyirdəkləri çoxtilli olub, uzununa qabırğalıdır. Meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Toxumla çoxaldılır.
Rütubətə və torpağa tələbkardır. Quru və ağır torpaqlarda nisbətən yavaş böyüyür.
Bakıda, Lənkəranda, Gəncədə park və bağlarda mədəni şəraitdə becərilir.
Bitkini budamaqla müxtəlif forma vermək olur. Canlı çəpərlərin salınmasında və dekorativ kompozisiyaların tərtibatında, eyni zamanda tək əkinlərdə istifadə olunur.