Imperator sovkası

İmperator sovkası — (lat. Schinia imperialis) Pulcuqluqanadlılar dəstəsinin növüdür. Çox nadir növdür, Qafqazın yüksək dağları üçün endemikdir.

İmperator sovkası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
İmperator sovkası
Beynəlxalq elmi adı
  • Schinia imperialis

Qanadları açılmış halda 23–25 mm-dir. Ön qanadları al-qırmızıdır, ön kənarları enli, yaşılımtıl-qırmızı, azacıq göyümtülə çalan eninə uzanmış sarımtıl-boz rəngli sarğı vardır. Arxa qanadları məxməri-qara, ətrafı və orta hissəsi qırmızımtıl-sarıdır. Bədəni yaşılımtıl-bozdur və azacıq albalı rəngindədir.[1]

Arealı və sayı

[redaktə | mənbəni redaktə et]

Şimali Qafqaz, Gürcüstan, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və yüksək dağlıq hissəsində yayılmışdır. Nəsli kəsilmək üzrədir. Cəmi 2 kəpənəyi tutulmuşdur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.[2]

Qorunması üçün məsləhət görülən tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.

  1. Рябов М.А. Чешуекрылые Кавказа. Животный мир СССР, т. V, М.–Л., изд-во АН СССР, 1958, с. 351 – 375.
  2. Azərbaycan Respublikasının "QIRMIZI KİTABI", II cild, Fauna, Bakı 2013