International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi.[1][2] IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var.[3]
Beynəlxalq Bakalavriat Təşkilatı IBO | |
---|---|
International Baccalaureate Organization | |
Yaranma tarixi | 1968 |
Rəsmi dili | ingilis, fransız, ispan |
Mərkəzi |
qlobal mərkəzləri: Niderland, Haaqa Sinqapur ABŞ, Merilend, Betesda kurikulum mərkəzi: Niderland, Haaqa qiymətləndirmə mərkəzi: Birləşmiş Krallıq, Uels, Kardiff fond ofisi: İsveçrə, Cenevrə |
ibo.org |
Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar. 1983-cü ildən bəri Diplom Proqramın fənləri ispan dilində də mövcuddular.[4]
IB Diplomu almaq üçün bir namizəd imtanlardan keçməkdən başqa üç əsas tələbələri də yerinə yetirməlidir:[5]
Orta İllər Proqramı (ing. Middle Years Programme; abbr. MYP) 11-16 yaşlı şagirdlər üçün beş illik təhsil proqramıdır.
İbtidai İllər Proqramı (ing. Primary Years Programme; abbr. PYP) 3-12 yaşlı şagirdlər üçün təhsil proqramıdır.[11]
IB Mənsəb Sertifikatı (ing. International Baccalaureate Career-related Certificate; abbr. IBCC) 16-19 yaşlı mənsəbnən bağlı öyrənmə istəyən şagirdlər üçün təhsil proqramıdır.
IB qeyri kommersiya təhsil fondudur.[12] Onun fond ofisi İsveçrənin Cenevrə şəhərindədir. Qiymətləndirmə mərkəzi Uelsın paytaxtı olan Kardiff şəhərində yerləşir, kurikulum mərkəzi isə 2011-ci ildə Niderlandın Haaqa şəhərinə köçürülüb. Bundan əlavə, üç qlobal mərkəz açılıb: ABŞ-nin Meriland ştatının Betesta şəhərində, Sinqapurda, və Niderlandın Haaqa şəhərində.
Təşkilat üç regional mərkəzlərə bölünür: Haaqadan idarə olunan IB Afrika, Avropa və Şərq (ing. IB Africa, Europe and Middle East; abbr. IBAEM); Betesta və Argentinanın paytaxtı olan, Buenos Ayres şəhərindən idarə olunan IB Amerikalar (ing. IB Americas; abbr. IBA); və Sinqapurdan idarə olunan IB Asiya və Sakit Okean (ing. IB Asia-Pacific; abbr. IBAP).[13]
IB-nin UNESCO-da qeyri-hökumət təşkilatın kimi konsultativ statusu və bundan əlavə Avropa Şurası və OIF ilə əməkdaşlıq əlaqələri var.[14]
IB idarəçiliyi IB İdarəçilər Şurasından və altı komitədən (keçmə və inkişaf, təftiş, təhsil, maliyyət, insan resursları və idarəçiliyi) ibarətdir. İdarəçilər Şurası təşkilatın Baş Direktorunu təyin edir, strateji istiqamətini müəyyənləşdirir, missiya bəyanatını qəbul edir, siyasətini aparır, IB-nin maliyyəni nəzarət edir və IB Diplom Proqramın imtahanları və tələbələrin digər çalışmaların muxtarlığını və bütövlüyü təmin edir.[15]
İdarəçilər Şurası 15-25 üzvdən ibarət ola bilər. Üzvlər şura tərəfindən idarəçi komitəsinin tövsiyə etdiyi və Baş Şura, Regional Şuralar və İdarəçilər Şurası təqdim etdiyi nəmizədlərdən seçilirlər. Cinsi, mədəni və coğrafi müxtəlifliyi təşvigi üçün ancaq üç ex officio vəzifə mövcuddur: Baş Direktor (səs vermir), İmtahan Şurasının sədri və Baş Şuranın sədri.[16]