International Business School

Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — MacarıstandaBöyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir,[2] Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir.[3]

Budapeşt Beynəlxalq Biznes Məktəbi
Xəritə
47°31′17″ şm. e. 18°59′26″ ş. u.HGYO
Əsası qoyulub 1991
Tip Özəl
Rektor İştvan Tamaş
Tələbə sayı 1 200
Şəhər Budapeşt (Macarıstan), Vyana (Avstriya)[1]
Ölkə
Universitet şəhərciyi H-1031 Budapest, Záhony utca 7., Hungary
Universitet şəhərciyi 2 Austria, Vienna, Penzing (district 14)
Sayt ibs-b.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır.[4] Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir[5], hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür. Universitetin tələbələrinin təhsil aldıqları zaman və məzun olduqdan sonra 300-dən çox nüfuzlu partnyor şirkətdə (IBM, BMW, Deutsche Bank, Vodafone, Sony, PwC və s.) yüksək səviyyəli işlər tapırlar.[6]

Budapeşt korpusunda ixtisaslar və təhsil proqramları

[redaktə | mənbəni redaktə et]
  • Menecment;
  • Biznes və diplomatiya;
  • Biznes və turizm
  • Maliyyə menecmenti;
  • İnformasiya sistemləri menecmenti;
  • Xarici dillər (alman, ispan, fransız) və menecment;
  • İncəsənət menecmenti;
  • Psixologiya və menecment.[7]

Magistr proqramları

[redaktə | mənbəni redaktə et]
  • İnsan Resursları Menecmenti (Şərqi Avropada 4-cü yer);
  • Marketinq Menecmenti (Şərqi Avropada 6-cı yer)
  • Maliyyə Menecmenti (Şərqi Avropada 8-ci yer);
  • Beynəlxalq Biznes (Şərqi Avropada 12-ci yer).[8][9]
  • 4 həftəlik yay məktəbi (ingilis dilində əyləncə, ekskursiya, əyani dərslər, oyunlar və s.);
  • 9 aylıq intensiv ingilis dili kursu.[10]

Magistr proqramları

[redaktə | mənbəni redaktə et]
  • İnsan Resursları Menecmenti (Şərqi Avropada 4-cü yer);
  • Marketinq Menecmenti (Şərqi Avropada 6-cı yer)
  • Maliyyə Menecmenti (Şərqi Avropada 8-ci yer);
  • Beynəlxalq Biznes (Şərqi Avropada 12-ci yer).[8]

Universitetin Budapeştdə 4 mərtəbədən ibarət müasir şəhərciyi - kampusu var. Burada tədris üçün vacib olan auditoriyalar, inzibati bina, kitabxana, tədqiqat mərkəzi və konfrans zalından əlavə tələbələrin əyləncəsi və istirahəti üçün hər cür şərait var. Kampusdakı aerobika zalı, pab, solarium, möminlər üçün dua otağı, fitnes zalı, teatr, restoran, kompüter zalı, incəsənət studiyası kimi obyektlər var.[11]

Ali məktəbin yataqxanasının universitetin həyətində olması tələbələrə maneəsiz dərslərə və kitabxanaya getməyə şərait yaradır. Yataqxanada qalmaq istəyən tələbələr öz arzularından asılı olaraq bir və ya iki nəfərlik otaqlarda qala bilərlər.[12]

2013-cü ildən Universitetin Vyanada da yeni kampusu fəaliyyətə göstərməyə başlayıb.[13][13]

Təhsil xərcləri

[redaktə | mənbəni redaktə et]

Tələbələr bütün xərclərini (təhsil haqqı, sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) özləri ödəməlidirlər. Ali məktəbdə hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı mövcuddur.[14]

Sənəd qəbulu

[redaktə | mənbəni redaktə et]
"Study in Hungary" - Ali məktəbin Azərbaycanda nümayəndəsi

Azərbaycanlıların bu ali məktəbdə təhsili "Study in Hungary" layihəsinə bağlıdır. İndiyə qədər 50-dən çox Azərbaycanlı bu ali məktəbə daxil olub.

Bakalavr proqramlarına qəbul üçün

[redaktə | mənbəni redaktə et]
  • Ərizə forması;
  • Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
  • Attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.
  • Ən azı IELTS 6.0 və ya TOEFL IBT 80 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.[15]

Magistratura proqramlarına qəbul üçün

[redaktə | mənbəni redaktə et]
  • Ərizə forması;
  • Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
  • Bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Bakalavrın son ilində olanlar diplomun əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.
  • Ən azı IELTS 6.5 və ya TOEFL IBT 90 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.

İngilis dili kursları (4 həftəlik yay məktəbi və ya 9 aylıq intensiv ingilis dili kursu) üçün

[redaktə | mənbəni redaktə et]
  • Ərizə forması;
  • Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
  • Son təhsil sənədinin (bakalavr və ya magistr diplomu, diplom olmadıqda isə hazırkı təhsil müəssisəsindən arayışın) ingilis dilinə tərcümə və təsdiq olunmuş surəti;
  • İstənilən növ ingilis dili sertifikatı (vacib deyil, amma arzuolunandır).[16]
  1. "Study in Hungary: Macarıstanda təhsil: IBS". 2014-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-14.
  2. "Hungarian Higher Education 2010/2011, brochure provided by the Hungarian Rectors' Conference" (PDF). 2010-12-06 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-03-02.
  3. "IBS-Budapest.com: Niyə biz?". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  4. "IBS-Budapest.com: Niyə biz?". 2013-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-27.
  5. "IBS-B.hu: Erasmus - Study Abroad". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-04.
  6. "IBS-B.hu: Business Partners". 2013-05-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-04.
  7. "IBS-b.hu: Bachelor's Programmes". 2013-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  8. 1 2 "IBS-Budapest.com: İxtisaslar və proqramlar". 2015-05-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  9. "IBS-b.hu: Master's Degree in One Year". 2013-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  10. "IBS-b.hu: Language Programmes". 2013-01-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-28.
  11. "IBS-Budapest.com: Kampus". 2016-08-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-27.
  12. "IBS-b.hu: Residence Hall". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-27.
  13. 1 2 "IBS-b.hu: Our new campus in Vienna, Austria". 2013-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-27.
  14. "IBS-Budapest.com: Təhsil xərcləri". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-06.
  15. "IBS-b.hu: Application process". 2013-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-13.
  16. "IBS-Budapest.com: Sənəd qəbulu". 2016-08-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-13.