Jül Byanki (fr.Jules Lucien André Bianchi3 avqust1989[1][2][…], Nitsa, Fransa[1][3] – 17 iyul2015[1][2][…], Nitsa, Fransa[1][3]) — fransız Formula-1 pilotu, Marussia Formula-1 komandasının əsas üzvü. Jül Byanki müxtəlif avtomobil yarışlarında iştirak etmişdir. Əvvəlcə aşağı dərəcəli avtomobil yarışlarında və kartinqlərdə pilot olan Byanki 2013-cü ildən etibarən Formula-1 pilotu kimi tanınır. 2014-cü ilin 5 oktyabr tarixində Yaponiyanın Suzuki Qran Prisinin 43-cü dövrəsində evakuator ilə toqquşan pilot ağır yaralanmışdır.
Səkkiz ay xəstəxanada müalicə olunmasına baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmamışdır və 2015-ci ilin 17 iyul tarixində ailəsi tərəfindən ölüm xəbəri rəsmən elan edilmişdir.[4][5] Jül Byanki 1994-cü ildə Formula-1 pilotu Ayrton Sennanın San-Marino transında faciəvi ölümünün ardından həlak olan ikinci Formula-1 pilotudur.[6][7]
Jül Byanki 1989-cu ildə FransanınNitsa şəhərində anadan olmuşdur.[8][9][10] Avtomobil yarışlarına kartinq ilə başlamış, 2007-ci ildə kartinq yarışlarını Formula-1 yarışları ilə əvəzləmişdir.[8][11] 2007-ci ildə Formula Renault 2.0 komandası ilə Formula 3 Euro Series yarışlarının qalibi olmuşdur.[12][13] 2009-cu ildən etibarən GP2 Asia Series yarışlarında yarışmağa başlayan Jül 2010-cu il sezonunda GP2 pilotu seçilmişdir.[14][15]
GP2-də yarışlara çıxdığı dönəmdə, Skuderiya Ferrari komandasının test sürücüsü seçilmişdir.[16] 2012-ci il sezonununda Skuderiya Ferrari tərəfindən Force İndia komandasına icarəyə verilən Byanki əvəzedici pilot kimi test yürüşlərində trasa çıxmışdır.[17] 2013-cü il sezonunun əvvəlində, müqaviləsi ləğv edilən Luis Razianın əvəzinə Marussia Formula-1 komandasının əsas pilotu seçilmiş və 2014-cü il sezonu boyunca yarışlarda komandası üçün mübarizə aparmışdır.[18][19]
Formula-1 yarışlarının gələcək ulduzu kimi görülən Jul Byanki 2014-cü ilin 5 oktyabr tarixində Yaponiyanın Suzuka şəhərində keçirilən Formula-1 yarışlarında ağır qəza keçirmişdir.[20][21][22] Hadisə baş verən gün Yaponiya və ölkənin şimal əraziləri güclü Panfon tayfunundan əziyyət çəkməkdə idi. Şiddətli yağışların altında keçirilən yarışın 43-cü dövrəsində avtomobilinin idarə etməsini itirən Jül Byanki daha əvvəl qəza keçirmiş bir yarış avtomobilini trasdan kənarlaşdırmağa çalışan evakuator ilə toqquşmuşdur.[23][24][25][26]
Qəzadan sonra Byankinin huşunun itirilməsi barədə raport yayınlandı. İlkin tibbi yardımını ardından xəstəxanaya yerləşdirilən fransız pilot səkkiz ay xəstəxanada qaldıqdan sonra 2015-ci ilin 17 iyul tarixində vəfat etmişdir. Jül Byankinin ölümünə qədər Formula-1 pilotları arasında ölüm faktı 1994-cü ildə Ayrton Sennanın San-Marino transında faciəvi ölümü ilə baş vermişdir.[27]
↑"Jules Bianchi". Sporting Life.com. 20 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2013.
↑Cheese, Caroline. "Belgian GP practice as it happened". BBC Sport. BBC. 28 August 2009. 11 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2009. Entertaining kerfuffle in the Ferrari garage as Jules Bianchi, who is the latest driver to be linked with Luca Badoer's seat, stands behind Badoer's car like some kind of Grim Reaper.