Jır

Jır (tatar. җыр, qaz. жыр, qırğ. ыр, monq. ыр) — qazax, qaraqalpaq, qırğız və başqa türk xalqlarının folklorunda xalq şeir şəkli.[1]

Tatar və başqırdlar bu kəlməni “yır” şəklində, qırğızlar “ır” şəklində işlədir. Daha çox musiqi altında ifa edilir. Qopuzdombradan jırların oxunuşunda istifadə edilir. Jırlar deklamasiya kimi də deyilir. Jırları ifa edənlər jırçılardır.

Jırların ayrıca poetik qəlibi və konkret bənd forması yoxdur. İrihəcmli epik əsərlərdə qafiyəli dördlük və yeddiliklərdən istifadə olunur. Jırlarda kiçikhəcmli formalar qafiyələrdən daha çox məzmun vasitəsilə birbirinə bağlanır. Şeir daha çox birnəfəsə oxunur.

Qazax və qırğız folklorunda, el sənətkarlarının yaradıcılığında (Cambul Cabayev, Məhəmbet Utemisovun və başqalarının) geniş yer tutur. Qırğız eposu “Manas”da da jırdan bir forma kimi kifayət qədər bəhrələnilmişdir.

Müasir ədəbiyyatda da jır bir forma kimi işləkdir. Abay yaradıcılığında, eləcə də qazax poeziyasının görkəmli nümayəndəsi Sultanmahmud Torayqırovun yaradıcılığında mühüm bir hissəni jırlar tutur.

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.