Jak Pikkar

Jak Pikkar (fr. Jacques Piccard; 28 iyul 1922[1][2][…], Brüssel[d], Belçika1 noyabr 2008[3][4][…], La-Tur-de-Peylts[d], Vo kantonu, İsveçrə) — isveçrəli okeanoloq, Marian çökəkliyinin dibində olan üç adamdan biri.

Jak Pikkar
fr. Jacques Piccard
Doğum tarixi 28 iyul 1922(1922-07-28)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 1 noyabr 2008(2008-11-01)[3][4][…] (86 yaşında)
Vəfat yeri
Vətəndaşlığı İsveçrə
Uşağı Bertran Pikkar (oğlu)
Atası Oqyust Pikkar
Təhsili
Fəaliyyəti ixtiraçı, mühəndis, tədqiqatçı-səyyah[d], okeanoqraf[d]
Tanınır Batiskaf
Mükafatları Habbard medalı (2012)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jak Pikkar Brüsseldə fizik və ixtiraçı Oqyust Pikkarın ailəsində anadan olmuşdur. Atası ilə birlikdə "Triest" batiskafı sınaqları və tikintisində iştirak etmişdir, hansında ki o, 23 yanvar 1960-cı ildə amerikalı leytenant Don Uoleş ilə birlikdə rekord eniş etmişdir. Daha sonra Pikkar "11 min metr dərinliyi" adlı kitab yazdı və orada batiskafın yaradılmasından tutmuş Marian çökəkliyinə enməsinə qədər olan hadisələri təsvir etmişdir. Apparat bu adı italyan şəhəri Triestin şərəfinə aldı, çünki məhz orada batiskafın yaradılması üzrə əsas işlər həyata keçirilmişdir.

"Triest" 1953-cü ilin avqustunda suya endirildi. 1953-cü ildən 1957-ci ilədək o, Aralıq dənizində bir neçə enişləri etmişdir. Əsas pilot Jak Pikkar idi. Onun atası ilk enmələrdə iştirak edirdi. Batiskafın eksperimental enişlərdə Jak-İv Kusto da iştirak edirdi.

23 yanvar 1960-cı ildə Ja Jak Pikkar və və ABŞ Hərbi Dəniz Qüvvələrinin mütəxəssis leytenantı Don Uolş "Triest" batiskafında Yer üzündə mümkün olan dərinsulu enməni həyata keçirtdilər. Onlar Dünya okeanının "Çellencerin dərin uçurumu" adlanan "ən aşağı" nöqtəyə çatdılar (dəniz səviyyəsindən 10 911 metr altda), "Triest"in enişi 4 saat 48 dəqiqə, yüksəlişi isə 3 saat 15 dəqiqə çəkdi. Cəsurlar dibdə 20 dəqiqə keçirtdilər və tox qalmaq üçün bir şokolad yedilər.

1964-cü ildə "Oqyust Pikar" adlı turizm mezoskafı Cenevrə gölünə turistik enişlər edirdi, onun düzəldilməsində Jak Pikkar da iştirak edirdi.

Jap Pikkarın oğlu məşhur təyyarəçi Bertran aerostatda eniş etmədən dünya səyahəti edən ilk insan oldu.

  1. 1 2 Jacques Piccard // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Jacques Piccard // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deep-sea adventurer Jacques Piccard is dead (it.). // SWI swissinfo.ch SRG SSR, 2008.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.