Marian çökəkliyi

Marian çökəkliyi[2]Sakit okeanın qərbində yerləşən (daha dəqiq Filippin dənizində) okeanik dərinsulu çökəklik, dünyaya məlum olan çökəkliklərdən ən dərinidir[3]. "Marian" adı yanında olan Marian adalarına görə adlanıb.

Marian çökəkliyi
Mariana Trench
Ümumi məlumatlar
Dərinliyi −10.994 ± 25 m[1]
Yerləşməsi
11°21′ şm. e. 142°12′ ş. u.HGYO
Akvatoriya Şimali Sakit okean[d]
Yerləşməsi Şimali Marian adaları
Marian çökəkliyi xəritədə
Marian çökəkliyi
Marian çökəkliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marian çökəyinin ən dərin nöqtəsi "Challenger Uçurumu"-dur (ing. Challenger Deep). O, çökəkliyinin cənub-qərb hissəsində yerləşir (koordinatlar: 11°22,40′ şm. e. 142°35,50′ ş. u.HGYO). 2011 ilin ölçmələrinə görə onun dərinliyi dəniz səviyyəsindən 10 994 ± 40 m aşağı təşkil edir.

Çökəklikdə ilk ölçülməni elə buranı tapan Challenger (meydan oxuyan) adlı Britaniya üç dor korveti 1875-ci ildə etmişdir. Onda dərinliyi ölçən lot aparatı vasitəsilə 8367 metr (yenidən ölçmədə 8184 m olduqda) dərinliyə müəyyənləşdirmişdilər. 1951-ci ildə ingilis ekspedisiyası "Challenger" elmi-tədqiqat gəmisində əks-səda ilə işləyən alət vasitəsilə 10863 metrəlik dərinlik qeydə alınmışdır[4]. Sovet elmi-tədqiqat gəmisi "Vityaz"-ın (rəhbəri Aleksey Dmitriyeviç Dobrovolskiy) 1957-ci ildə 25-ci reys zamanı etdiyi ölçmələrinə əsasən çökəkliyin dərinliyi 11 023 metrdi. Ölçü etmənin çətinliyi ondan ibarətdir ki, sudaki səsin sürəti suyun xassələrindən aslıdır. Xassələr isə öz növbəsində müxtəlif dərinliklər üçün müxtəlifdir, ona görə də bu xassələri də bir neçə səviyyələrdə xüsusi cihazlarla (Nansen şüşəsiİstilikölçən kimi) müəyyən edilməlidir. 1995 ilin araşdırmaları göstərdi ki, dərinliy təxminən 10 920 m təşkil edir, 2009-cu ilin tədqiqatları isə 10 971 m. Ən son tədqiqatlar 2011-ci ildə edilmişdir və dərinliyin ±40 m dəqiqliklə 10994 m olduğunu təyin edilmişdir. Beləliklə çökəkliyin ən dərin nöqtəsi "Challenger Uçurumu" (ing. Challenger Deep) dəniz səviyyəsindən Everestdən daha aşağda yerləşir. Təsəvvür etmək olar ki, Marian çökəyinin dərinliyində bizim planetimizin ən yüksək dağı olan Everest asanlıqla yerləşə bilər və onun üstündə səthədə kilometr su qalacaq[5].

Qeyd etmək lazımdır ki Nyu-Hempşirin (ABŞ) universitetindən amerika okeanoqrafiya ekspedisiyası tərəfindən aparılan son tədqiqatlar Marian çökəkliyin dibinin səthində əsl dağlar aşkar ediblər.

Tədqiqat 2010-cu ilin avqustundan oktyabrınadək çoxşüarlı exolotun yardımı ilə keçirilirdi ki, dənizin sahəsi (400 000 km²) haqqında ətraflı məlumatlar almışdılar. Nəticədə ən azı hündürlüyü 2,5 kilometr olan 4 okeanik dağ silsiləsi tapılmışdır, hansıki Marian çökəkliyinin səthi üstündə keçir (Sakit okean və Fillipin litosfer plitələrinin təmas yerində).

Tədqiqatçıların biri bunu belə başa salıb: "Bu yerdə okean yer qabığının geoloji quruluşu çox mürəkkəbdir… Bu silsilələr təxminən 180 milyon il əvvəl litosfer plitələrin daimi hərəkət prosesində formalaşmışdır. Sakit Okeanın plitəsinin uc hissəsi daha qoca və "ağır" olduğu üçün bir milyon il ərzində tədricən Filipin plitəsinin altına "sürünə-sürünə gəlir"… Bu proses zamanı qırış əmələ gəlir"[6]

Marian çökəkliyin yaranma sxeması

Marian çökəkliyi Marian adaları boyunca 1 500 km uzanib. O, V formalı profili var: dik (7–9°) yamaclar, eni 15 km olan yastı dib, hansıki hüdudlarla bir neçə qapalı depressiyalara bölünüb. Dibdə suyun təzyiqi 108,6 MPa çatır, hansıki Dünya okeanının səviyyəsində normal atmosfer təzyiqindən 1072 dəfə daha çoxdu. Çökəklik iki tektonik plitələrinin birləşmə sərhədində, parçalanmalar üzrə hərəkət zonasında yerləşir, hansındaki Sakit okean litosfer plitəsi Filippin plitəsinin altına keçir.

Çökəkliyə enişlər

[redaktə | mənbəni redaktə et]
  • Marian çökəkliyinin dibinə ilk eniş 23 yanvar 1960-cı ildə ABŞ-nin hərbi dəniz qüvvələri leytinantı Don Uolş və tədqiqatçı Jak Pikkar tərəfindən "Triest" batiskafında edilmişdi. Batiskafı Jak Pikarın atası Oqyust Pikard layihələşdirmişdi. Cihazlar 11, 521 metrlik rekord dərinliy qeydə almışdılar (sonrada düzəldilmiş ölçü isə 10 918). Tədqiqatçılar dibdə gözlənilmədən kambalaya bənzər 30 sm olan yastı balığla qarşılaşdılar[7].
Triest Batiskafı (layihəçi Oqust Pikard) Marian çökəkliyinə enmək üçün idarə edilə bilən ilk nəqliyyat vasitəsi
  • Kayko (yap. 海溝) adlı yapon zondu 24 mart 1995-ci ildə çökəkliyin maksimal dərinlik rayonuna endirilib və 10911,4 metr dərinliyi qeydə alıb[8]. Zondun nümunə kimi götürmüş lildə Foraminifera sayılan canlı orqanizmlər tapılıb.
  • 31 may 2009-cu ildə Marian çökəkliyinin dibinə Nereus avtomatik sualtı aparatı daldı. Aparat 10 902 metr dərinliyə enib, burada video çəkib, bir neçə fotoşəkil edib, həmçinin dibində çöküntülərinin nümunələri toplamışdı.
  • Rejissor Ceyms Kemeron 26 mart 2012-ci il tarixində, dünya okeanının ən dərin nöqtəsinə çatan üçüncü və bunu tək edən ilk insan oldu. Bura enən ilk iki şəxsdən fərqli olaraq Kemeron 3 saat keçirmişdir[9]. Kemeron oraya Deepsea Challenger adında olan biryerli batiskafda dalmışdır. Bu enmə aparatda şəkil və video çəkmək üçün bütün avadanlıqlarla təchiz edilmişdir, hətta kino 3D formatda çəkildiyi üçün batiskafa xüsüsi işıq avadanlığı qoşulmuşdur. Kinematoqrafçı suyun 10 898 metr dərinliyinə enib[10] (dalma zamanı dərinliyi müəyyən edən cihazın dəqiq hesablamaları göstərir ki, batiskaf 10898 yox, 10908 metr dərinliyə çatıb[11]). O, canlı orqanizmlərin süxur nümunələri götürdü və kino çəkmək üçün 3D kameraları istifadə etdi. Rejissorun çəkdiyi kadrlar "National Geographic Channel" kanalının elmi-sənədli filmin əsasını təşkil etdi.
  1. Gardner J. V., Armstrong A. A., Calder B. R., Beaudoin J. So, How DeepIsthe Mariana Trench? (ing.). // Marine Geodesy Taylor & Francis, 2014. Vol. 37, Iss. 1. P. 1–13. ISSN 0149-0419; 1521-060X doi:10.1080/01490419.2013.837849
  2. "Lüğətdə". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  3. "Ən dərin çökəklik". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  4. "Keçirilmiş ölçülərə əsasən çökəyin dərinliyi 10 863 metrə bərabərdir".[ölü keçid]
  5. "Everest asanlıqla yerləşə bilər".[ölü keçid]
  6. "Ученые обнаружили горы". 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14. (rus.)
  7. National Oceanic and Atmospheric Administration (NOAA) webpage. Section "1960 — Man at the Deepest Depth" Arxivləşdirilib 2009-05-09 at the Wayback Machine (ing.)
  8. "Japan Marin Science and Technology Center". 2011-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14. (ing.)
  9. "James Cameron Mariana çökəkliyinə enə bilən 3-cü şəxs oldu". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  10. ""Titanik"in rejissoru yerin dibinə batdı, çıxdı". 2014-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.
  11. "Джеймс Кэмерон: погружение на дно Марианской впадины в батискафе Deepsea Challenger". Nat-Geo.ru. 2013-06. 2015-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14. (rus.)