Okeanologiya (okean və q.yun.λόγος – "fikir", "söz".) və ya okeanoqrafiya (океan və q.yun.γραφειν – "yazıram", "təsvir edirəm") — dünya okeanının və Yer atmosferinin qlobal qarşılıqlı təsirini və dəyişməsini, okeanınmateriklərlə uyğunluğunu, bioloji və ekoloji təsirlərini, okean dibinin geoloji quruluşunu, okeanın müxtəlif hissələri arasında qarşılıqlı təsirini öyrənən elm sahəsi. Okeanologiya — (rus.океанология, ing.oceanology) okeanda, onun ayrı-ayrı hissələrində , kənarlarında və daxili dənizlərdə gedən fiziki, kimyəvi, bioloji prosesləri öyrənən elmlərin məcmusudur.
Dünya okeanında baş verən fiziki, kimyəvi, geoloji və bioloji proseslər haqqında elm sahələrinin məcmu. O, okeanın fizikası / fiziki okeanologiya, dənizin fizikası/, okeanın kimyası / kimyəvi okeanologiya/, okeanın biologiyası və geologiyası kimi sahələrə ayrılır.[1]