Jakman ağəsməsi (lat. Clematis jackmanii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Jakman ağəsməsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Jakman ağəsməsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır.
Uzunluğu 3 m-dək olan oduncaqlı lianadır. Yarpaqları cüt olmayan-lələkvari, 3–5 yarpaqcıqlı, gövdənin yuxarı hissəsində çox vaxt sadədir; yarpaqcıqları yumurtavaridən enli-yumurtavariyədək, alt tərəfi əsasən zəif tükcüklüdür. Çiçək saplaqları nazik, mərkəzində 2 yarpaqvari çiçək altlıqlıdır. Çiçəklərin diametri 10–14 sm, əsasən 3 ədəd, enli açılmış, tünd bənövşəyi və ya təxminən çəhrayıdır. Kasayarpaqları əsasən 4 ədəd, əks-enliyumurtavari; erkəkcik saplaqları çox vaxt qısa və ya qeyri-bərabər uzunluqda, bəzən alt tərəfdə tükcüklüdür. Mayda — sentyabrda çiçəkləyir. Meyvələri uzun burunludur.
İstiyə davamlıdır. Torpağa tələbkar deyil.
Respublikamızın bir çox rayonlarında həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.
Sarmaşan bitki kimi canlı çəpərlərin salınmasında istifadə olunur. Tibbdə və yaşıllaşdırmada istifadəsi tövsiyə olunur.