Jan-Pol Ru (fr. Jean-Paul Roux; 5 yanvar 1925, Paris, Fransa — 29 iyun 2009, Sen-Jermen-an-Le, İvelin, Fransa) — fransız şərqşünas və türkoloqu.
Jan-Pol Ru | |
---|---|
fr. Jean-Paul Roux[1] | |
Doğum tarixi | 5 yanvar 1925[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 iyun 2009[1][2][…] (84 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcələri | |
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Yazıçı təhsilini Parisdə almışdır. Tahsilinə Şarq Dilləri Məktəbində başlamış, sonradan Luvr Məktəbini və Tarix Elmləri Akademiyasını bitirmişdir. Aspiranturada şərqşünaslıq və ədəbiyyat üzrə tədris almışdır.
1952-ci ildə Fransa Milli Araşdırma Mərkəzində işə başlamış və 1990-cı ildə Araşdırma Qrupu rəhbəri olaraq təqaüdə çıxana qədər burada çalışmışdır. Yenə bu dövrdə 1957 və 1990-cı illər arasında "École də Louvre"da çalışmış və professor elmi adı almışdır. Burada o, Orta-Asiya və türk mədəniyyət tarixinə dair apardığı işlərlə tanınırdı.
Türkiyə ilə 1950-ci illərdən etibarən maraqlanmağa başlamışdır. 1953-cü ildə "La Turquie: Geographie. — Économie. — Histoire. — Civilisation et Culture" adlı işini nəşr etdirmişdir. Bundan sonra ard-arda Türkiyə və Orta-Asiya tarixi və Türk ənənə və adətlərini əhatə edən işlər yayımlamışdır.
Timur (1994), Türklərin və Monqolların Köhnə Dini (1994), Türklərin tarixi: Böyük Okeanda Aralıq dənizinə iki min il (1995) adlı əsərləri türkcəyə çevrilmişdir.
1971 və 1977-ci illərdə Parisdə iki böyük İslam Sənətləri Sərgisini təşkil etmişdir.
Başda Atatürk Mədəniyyət Mərkəzi də olmaq üzrə bir çox Fransız elmi dərnəyinə fəxri üzv seçilmişdir. Eyni zamanda, Türkiyə hökuməti tərəfindən 1973-cü ildə Dövlət Mükafatına və TÜTAV Mükafatına layiq görülmüş, 1998-ci ildə ləyaqət Medalı ilə təltif edilmişdir.
Jan Pol Runun iki yüz məqaləsi və yüzdən artıq araşdırması, əksəriyyəti Orta Asiya və türk mədəniyyəti ilə əlaqədar 25 kitabı vardır.