Jan Batist Bussenqo (fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault) (2.2.1801, Paris – 11.5.1887, Paris) — Fransız aqrokimyaçısı, Paris Elmlər Akademiyasının üzvü (1839-cu ildən).[3]
Jan Batist Bussenqo | |
---|---|
fr. Jean-Baptiste Joseph Dieudonné Boussingault | |
| |
Doğum tarixi | |
Doğum yeri | Paris |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Paris |
Dəfn yeri | |
Milliyyəti | fransız |
Təhsili | Ali Mədən Məktəbi |
Fəaliyyəti | Fransız aqrokimyaçısı, |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Sent-Etyendə Ali Mədən Məktəbini bitirmişdir. Lion Universitetinin (1832-ci ildən), Versal Aqrokimya İnstitutunun (1837-ci ildən) professoru olmuşdur; 1839-cu ildən İncəsənət və Peşə Konservatoriyasında (Paris) dərs demişdir.[3]
Əsas işləri bitkilərin kök qidalanmasına və təbiətdə maddələrin (başlıca olaraq, torpaqda azotun) dövranına həsr edilmişdir. Bitkilərin (paxlalılardan başqa) torpaqdan azot almasını müəyyənləşdirmişdir.[3]
Havadakı karbon-dioksidin yaşıl bitkilər üçün karbon mənbəyi olduğunu sübut etmişdir. Bitkilərin udduğu karbon-dioksidin həcminin ayrılan oksigenin həcminə bərabər olduğunu müəyyənləşdirmişdir (1864).[3]