Jan Batiste Danvil

Jan Batiste Danvil — coğrafiyaşünas və kartoqraf olmuşdur və kartoqrafiyanın inkişafına böyük töhfələr vermişdir. Ehtiyatlı, dəqiq işləri ilə səciyyələnən və original tədqiqatlar əsasında yaradılan qədim coğrafi xəritələri xüsusilə qiymətlidir. O, qitələrin hələ kəşfolunmamış ərazilərini xəritədə boş saxlayırdı və sələflərinin xəritələrindən fərqli olaraq onun xəritələri daha boş görsənirdi. 

Jan Batiste Danvil
Jean Baptiste Bourguignon d'Anville
Doğum tarixi
Doğum yeri Paris, Fransa
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Fransa Fransa
Milliyyəti Fransız
Fəaliyyəti xəritəşünas, coğrafiyaşünas, ensiklopediyaçı[d]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Onun coğrafi araşdırmalara olan istəyi hələ gənc yaşlarından özünü büruzə verirdi:12 yaşında o, Latın müəllifləri üçün xəritələr tərtib edirdi.

Onun ilk tərtib etdiyi xəritə olan Qədim Yunanıstan 15 yaşı olarkən dərc edilmişdi. 22 yaşında o, Danvil kralın coğrafiyaşünaslarından biri seçildi.

Danvilin araşdırmaları dünya ədəbiyyatında coğrafi təbiətin onun haqqında məlumat toplaya biləcəyi hər bir xüsusiyyətini əhatə edirdi. O, sadəcə qədim və müasir tarixçiləri, səyyahları və yazıçıların deyil, həmçinin şair, natiq və filosofların da əsərlərini ətraflı olaraq tədqiq edirdi. Danvil köhnə xəritələrdən məzmununu köçürmək ənənəsinə son qoyaraq coğrafiyaya yeni bir istiqamət gətirdi. O, xəritələrdə olan yerlərin ümumi qəbul olunmuş mövqelərini ciddi tədqiqatlardan keçirdi və dəqiq olmayan adları kateqoriyalardan  çıxardı. Beləcə, daha əvvəllər ölkə və şəhərlər ilə həmsərhəd olan böyük ərazilər azaldı.[2]

Danvil ilk olaraq fəaliyyətinə Markey, Şarlevoy, Labat və Duhald kimi müxtəlif səyyahların fəaliyyətlərini xəritələrdə əks etdirməklə başlamışdır. O, sonuncu adı çəkilən yazıçı tərəfindən Çinin tarixi üçün atlas hazırlamaq məqsədilə işə götürülür. Bu daha sonralar 1737-ci ildə Haaqada ayrılıqda dərc olunur. Çinin xəritələri üçün məqalələr 1708-ci ildə Çin imperatorluğu tərəfindən qeydə alınan ərazi araşdırmalarına əsaslanır. Onun Çin xəritələri 19-cu əsr boyunca "Çin və onu qonşu regionların coğrafiyasının standart qərb mənbələri".[2]

Danvil 1754-ci ildə əlli yeddi yaşı olarkən Kitabələr və Bəddi Əsərlər Akademiyasının üzvi oldu. O, daha sonralar bu akademiyanı fondunu öz dəyərli əsərləri ilə zənginləşdirmişdi. 1775-ci ildə, o, Elmlər akademiyasında coğrafiya üçün ayrılan yeganə yerə sahib oldu; və elə həmin il müsabiqəsiz kralın ilk coğrafiyaçısı təyin edildi.

Aydakı Anvil krateri və Danvil Vermont yaşayış şəhərciyi  onun şərəfinə adlandırılmışdı.

Biblioqrafiyası

[redaktə | mənbəni redaktə et]

Danvil 78-ə yaxın memuar və dissertasiya nəşr etdirib və 211 ədəd xəritənin müəllifidir.

Onun əsərlərinin tam nəşri 1806-cı ildə Demann tərəfindən 6 cildlik kitab şəklində çap etdiriləcəyi nəzərdə tutulmuşdur, lakin redaktor 1832-ci ildə vəfat edərkən yalnız iki cild ərsəyə gəlmişdi.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Deutsche Nationalbibliothek Record #117662046 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Chisholm 1911
  3. New Atlas of China, Chinese Tartary and Tibet" Arxivləşdirilib 2009-04-23 at the Wayback Machine. World Digital Library. Retrieved 21 January 2013.