Jentonq

Rantonq (tib.: རང་སྟོང་་, Vayli: rang stong; hərfi mənada – "öz təbiətindən boş qalmış") və jentonq (Tibet: གཞན་སྟོང་, Vayli: gzhan stong, tələffüz: [ɕɛ̃̀tṍŋ]; hərfi mənada – "digər boşluq"; həmçinin Tibet madhyamakası adlanır) — Tibet buddizmində boşluğa (şunyata)və iki həqiqət təliminə iki fərqli baxış.

Rantonq fəlsəfi termindir. Şunyatanın mənası ilə bağlı əksər madhyamaka təlimlərini ayırd etmək üçün istifadə olunur. Burada bütün hadisələrin davamlı və dəyişməz mahiyyətdən boş olduğu və bu boşluğun mütləq reallıq olmadığı, hadisələrin sadəcə nominal xarakteristika daşıdığı fikri müdafiə olunur.[1]

Jentonq Tibet madhyamakası daxilində mövqedir. Burada şunyata elə tətbiq edilir ki, nisbi reallığın öz təbiətindən boş olması ilə razılaşılır, lakin paramarthasatya (mütləq reallıq) "qeyri-dual buddacnana"dır (Buddanın hikməti) və yalnız "digər" (Vayli: gzhan) nisbi hadisələrdən "boş"dur (Vayli: stong),[2] lakin özü boş deyil[3] və "həqiqətən mövcud"dur.[4] Bu mütləq reallıq müsbət terminlərlə təsvir edilir ki, bu da "müəyyən artıq zərif anlayışları aradan qaldırmağa"[5] və "şəxsin ağlında yaranan hər hansı təcrübəni inkar etmək vərdişinə" kömək edən yanaşmadır.[6] Bu, prasanqikada olduğu kimi, saxta anlayışları məhv edir, eyni zamanda təcrübədə olan şəxsi "konseptual ağıl məğlub olduqdan sonra yaşanacaq dinamik, müsbət reallığın mövcudluğu" barədə xəbərdar edir.[6]

Rantonq termini avtonim deyil, daha çox jentonq nəzəriyyəçisi Dolpopa Şerab Qyaltsenin nəzəriyyəsi əsasında yaranmışdır. O, öz təlimlərini xarakterizə etmək üçün "jentonq" terminini və qarşı çıxdığı təlimlərə istinad etmək üçün "rantonq" ifadəsini işlətmişdir.[1]

Jentonq "digər" (Vayli: gzhan) və "boşluq" (Vayli: stong) sözlərindən yaranmış, hərfi mənada "digər boşluq" deməkdir, yəni özünə xas varlıqdan başqa bütün keyfiyyətlərdən boş olmaq mənasındadır. Bununla belə, jentonq termini həmçinin, şantarakşita təliminin də daxil olduğu yoqaçara madhyamaka təlimlərinə aiddir.[5][7] Svatantrika–prasanqika fərqləndirilməsi qeluqpa anlayışı yoqaçara madhyamaka "svatantrika" adlanır və hər hansı bir təbii varlığı rədd edən "prasanqika" yanaşmasına qarşı qoyulur.

  1. 1 2 Stearns, 2010. səh. Şablon:Pn
  2. Hookham, 1991. səh. 21
  3. Stearns, 1999. səh. 3
  4. Hookham, 1991. səh. 12
  5. 1 2 Hookham, 1991. səh. 22
  6. 1 2 Hookham, 1991. səh. 23
  7. Brunnholzl, 2009. səh. 446
  • Stearns, Cyrus. The Buddha from Dolpo: A Study of the Life and Thought of the Tibetan Master Dolpopa Sherab Gyaltsen. State University of New York Press. 1999. ISBN 0-7914-4191-1.
  • Stearns, Cyrus. The Buddha from Dölpo: A Study of the Life and Thought of the Tibetan Master Dölpopa Sherab Gyaltsen. Ithaca, NY: Snow Lion Publications. 2010. ISBN 978-1559393430.
  • Hookham, S. K. The Buddha Within: Tathagatagarbha doctrine according to the Shentong interpretation of the Ratnagotravibhaga. Albany, NY: State University of New York Press. 1991. ISBN 978-0791403587.
  • Brunnholzl, Karl. Luminous Heart: The Third Karmapa on Consciousness, Wisdom, and Buddha Nature. Snow Lion Publications. 2009.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]