Jorj Rutaqanda

Jorj Rutaqanda (tam adı: Jorj Rutaqanda, fr. Georges Rutaganda; 27 noyabr 195811 oktyabr 2010[1], Porto-Novo[2]) — Ruandalı hutu milisi İnterahamvenin ikinci vitse-prezidenti.[3][4]

Jorj Rutaqanda
Doğum tarixi 27 noyabr 1958(1958-11-27)
Vəfat tarixi 11 oktyabr 2010(2010-10-11)[1] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xəstəlik
Vətəndaşlığı
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Cinayət soyqırım
insanlıq əleyhinə cinayətlər
qəsdən adamöldürmə
Cinayət cəzası ömürlük azadlıqdan məhrumetmə
Uşağı 1
Həbs olunub 10 oktyabr 1995

Rutaqanda 1994-cü il Ruanda soyqırımına görə qismən məsuliyyət daşıyırdı. Prokuror Ceyms Stüart qeyd edirdi ki, "Jorj Rutaqanda olmasaydı, Ruanda soyqırımı baş verdiyi kimi işlənməzdi."[5] O, 1994-cü ildə Kiqalidə radioda çıxış edərkən İnterahamve milisini bütün tutsilərin kökünü kəsməyə təhrik etmişdir. İddialara görə, Rutaqanda Kiqalidəki İnterahamve sığınacağında tutsi qadınlarını tutmuş, zorlamış və işgəncə etmişdir. Digər mənbələrə görə, Rutaqanda cadugər olduqlarına inandığı tutsi fahişələrini tutmuşdur.

Bu müddət ərzində Rutaqandanın öz milisini Ruanda ordusundan oğurlanmış təchizatlarla təmin etdiyi deyilir. Rutaqanda 10 oktyabr 1995-ci ildə tutulmuş və 26 may 1996-cı ildə Tanzaniyanın Aruşa şəhərinə göndərilmişdir. Soyqırım, insanlıq əleyhinə cinayətlərqəsdən adamöldürmədə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmişdir.

11 oktyabr 2010-cu ildə Benində cəzasını çəkərkən xəstəlikdən vəfat etmişdir.[6]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Hakim Kae-Kazim Ruanda oteli tarixi dram filmində Rutaqanda obrazını canlandırmışdır.[7]

  1. 1 2 http://www.rfi.fr/afrique/20101013-ancien-chef-milicien-rwandais-georges-rutaganda-est-decede-benin.
  2. 1 2 https://www.legal-tools.org/doc/bedcc9/pdf/.
  3. Des Forges, Alison. Leave None to Tell the Story: Genocide in Rwanda – The Organization → The Militia. New York: Human Rights Watch. March 1999. ISBN 1-56432-171-1. 2021-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14. Phénéas Ruhumuriza, first vice-president, George Rutaganda, second vice president...
  4. "Georges Anderson Nderubumwe Rutaganda". TRIAL International. 2018-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-14.
  5. "Life sentence for Rwanda genocide leader". BBC News. 1999-12-06. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-04.
  6. "L'ancien chef milicien rwandais Georges Rutaganda est décédé au Bénin" (fransız). rfi.fr. 13-10-2010. 21 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 mart 2019.
  7. "George Rutaganda (Character)". IMDb. 2009-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-02.