Joze Qratsiano da Silva

Joze Qratsiano da Silva (port. José Graziano da Silva; d. 17 noyabr 1949) — Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 8-ci Baş direktoru.

Joze Qratsiano da Silva
port. José Graziano da Silva
1 yanvar 2012 – 31 iyul 2019
ƏvvəlkiJak Diuf
SonrakıQu Dongyu
Şəxsi məlumatlar
Doğum tarixi (74 yaş)
Təhsili San-Paulu Universiteti
Fəaliyyəti aqronom, iqtisadçı, universitet müəllimi[d], siyasətçi
Uşağı 2
Elmi fəaliyyəti
Elmi dərəcəsi
grazianodasilva.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

17 noyabr 1949-cu ildə anadan olmuşdur.

Joze Qratsiano da Silva bir müddət Braziliyanın Kampinas Dövlət Universitetində dərs demiş və İqtisadiyyat İnstitutunun İqtisadi İnkişaf və Ətraf Mühit üzrə Magistr və Doktorluq Proqramlarına rəhbərlik etmişdir[2].

O, 30 ildən artıq ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı məsələləri sahəsində çalışmışdır[2]. 2001-ci ildə Braziliyanın "Sıfır Aclıq" proqramını hazırlayan komandaya rəhbərlik etmişdir[2]. 2003-cü ildə Braziliyada Ərzaq Təhlükəsizliyi və Aclıqla Mübarizə üzrə xüsusi nazir olmuşdur[2].

26 iyun 2011-ci ildə 26 üzv ölkənin nümayəndələrindən ibarət konfransda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru vəzifəsinə seçilmiş və 2012-ci ildə baş direktor mandatını qəbul edəndən bəri təşkilatın daxilində böyük transformasiya dəyişikliklərinə rəhbərlik etmişdir[2].

25 may 2015-ci ildə ona Bakı Dövlət Universitetinin Fəxri doktoru adı verilmişdir[2].