Jozef Dal Abako

Jozef Mari Klement Ferdinand Dal Abako (fr. Joseph Marie Clément Ferdinand dall` Abaco; 27 mart 1710[1][2] və ya 1709, Brüssel31 avqust 1805[3][4]) — Belçika bəstəkar] və violençi.

Jozef Dal Abako
Ümumi məlumatlar
Doğum tarixi 27 mart 1710(1710-03-27)[1][2] və ya 1709
Doğum yeri
Vəfat tarixi 31 avqust 1805(1805-08-31)[3][4]
Atası Evaristo Feliçe Dal Abako
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, violonçelçi[d]
Musiqi alətləri violonçel, kontrabas[5]

Brüsseldə anadan olub, atası, italyan bəstəkarı və skripkaçısı Evaristo Feliçe Dal Abako ilə musiqi təhsili almışdır. On doqquz yaşında Abako Bonn kürfüstünün xidmətinə girmiş və onun saray orkestrində ifa etməyə başlamışdır. 1738-ci ildə orkestrin rəhbəri təyin edilmişdir. 1740-cı ildə İngiltərəyə səyahət etmişdir. 1749-cu ildə Vyanada beş violonçel üçün konsert proqramı ilə çıxış etmişdir. 1753-cü ildə Veronaya köçdü və burada Filarmoniya Akademiyasının üzvü kimi çalışmışdır. 1766-cı ildə Bavariya şahzadəsi Maksimilian ona baron titulu vermişdir. O, 95 yaşında Verona yaxınlığındakı malikanəsində vəfat etmişdir.

  1. 1 2 Joseph Abaco // SNAC (ing.). 2010.
  2. 1 2 Joseph Dall'Abaco // International Music Score Library Project. 2006.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Joseph Marie Clément Abaco // Musicalics (fr.).
  5. Montreux Jazz Festival Database.