Judas Priest — 1969-cu ildə İngiltərədə yaranan heavy metal qrupudur.
Judas Priest | |
---|---|
Judas Priest | |
Əsas məlumatlar | |
Üslub |
heavy-metal spid-metal hard-rok (ilkin dövr) |
Fəaliyyət illəri |
1969—h.h. Fasilə: 1993—1996 |
Ölkə |
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }} |
Şəhər | Birminhem |
Dil | ingiliscə |
Leybl |
Sony Music Epic Records |
Heyət |
Yen Hill Rob Helford Qlenn Tipton Skott Trevis Riçi Folkner |
Keçmiş üzvlər |
El Atkins Kennet Dauninq Con Ellis Alan Mur Kris Kampbell Con Hinç Lesli Binks Deyv Holland Tim Ouens |
Digər layihələr |
Trapeze Fight The Flying Hat Band Halford 2wo Racer X Iced Earth Al Atkins Beyond Fear |
www.judaspriest.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1969-ci ildə KK Downing və Ian Hill tərəfindən qurulan "Metal Gods" (Metal Allahı) ləqəbli İngilis Heavy Metal qrupu. Qrupa gitarist Glenn Tipton'ın sonradan iştirakı ilə birlikdə tarixdə bir dönüş nöqtəsi yaşanmış və cüt gitaralı ilk Heavy Metal qrupu qurulmuş oldu. "New Wave of British Heavy Metal"-ın təməlini atan Judas Priestin ilk vokalisti Al Atkins'dir, lakin qrup, rəsmi albom qeydlərinə Rob Halford (The Metal God) ilə başlamışdır. Qrupun Al Atkins ilə hər hansı bir albomu yoxdur. Qrupa "Metal Gods" ləqəbini qazandıran hadisə isə 1980-ci illərdə çıxan "British Steel" albomundakı "Metal Gods" mahnısı idi. 1974–1992-ci illər arasında qrupun vokalisti olaraq vəzifə yerinə yetirən Rob Halford, "Painkiller" albomu sonrası artıq fərqli şeylər etmək istədiyini açıqlayıb qrupdan ayrılmışdır. Rob Halford, qrupdan ayrıldıqdan sonra solo qrupu olan Fight'ı quraraq daha fərqli bir musiqi hazırlamışdır. Judas Priest'in bütün albomları "Qızıl Val" mükafatı almışdır. Musiqili olaraq bir çox qrupa liderlik edən Judas Priest, Heavy Metalın ən böyük qrupu olaraq bir çox musiqi növlərini də kəşf etmişdir. Power metal və Speed Metal tərzləri ilk dəfə Judas Priest albomlarında ("Ram It Down", "Screaming For Vengeance") həyat tapmışdır.
1970-ci illərin doom, qaranlıq, Black Sabbath tərzindən tamamilə ayrı olaraq özünə xas bir dəst-xət ilə musiqi dünyasına girən Judas Priest ilk albomundan hazırladığı son alboma qədər Heavy Metal icra etmiş və NWOBHM'in təməl daşlarını yerinə oturtmuşdur. Bununla əlaqədar bir reportajında KK Downing belə deyir: "Sabbath is heavy but Priest is metal"
1980-ci ildə konsertlərdə Iron Maiden, Judas Priest'in açılış qrupu olaraq səhnəyə çıxmışdır. Beləliklə Iron Maiden əfsanəsi də dünya tərəfindən məşhur bir qrup halına gəlməyə başlamışdır.
4 oktava səsə sahib Rob Halford və cüt lead gitaralar ilə Heavy Metalın ən böyük qrupunun ən çox səs gətirən albomu "Painkiller"-dir. Bu albom ilə birlikdə artıq boşluq yaradan Judas Priest bir geriləmə dövrünə də başlamışdır. Rob Halfordun ayrılmasıyla birlikdə qrup bir müddət fəaliyyətini dayandırmış, "Jugulator" (1997) albomuna qədər bir qeyd hazırlamamışdır.
Pianinoda ifa edən Scott Travis'in bir axşam barda izlədiyi Tim Owens'i kəşf etməsi ilə ikinci Priest dövrü başlamış oldu. Tim, bir Judas Priest Tribute qrupunun vokalisti idi. 1993-cü ildən etibarən isə artıq Judas Priest'in vokalisti oldu. Xəyalı gerçək olmuş, tribute etdiyi qrupun vokalına keçmişdir. Yüksək aralıq qışqırıqları və vokal tərzi ilə Rob Halford'u nümunə götürən Tim, qısa müddətdə fanlar tərəfindən bəyənildi.
Rob Halfordun olmadığı müddətdə, Judas Priest'i ayaqda tutan Tim Owens idi. Fanlar artıq onu Tim 'Ripper' Owens olaraq tanıyırdı. Judas Priest'in ən məşhur mahnılarından olan "Ripper" mahnısını ona ithaf etmişdilər.
Tim Owens ilə birlikdə 2 studiya 2 live alboma imza atan Judas Priest, 2003-cü ildə Rob Halford ilə bir re-union həyata keçirir və qrup köhnə əfsanə heyətini təkrar meydana gətirir. Rob Halfordun qrupa dönməsi ilə əlaqədar heç bir problem çıxarmayan Tim Owens, səssiz sədasız Iced Earth ilə razılaşar və orada vokal olaraq çalışmağa başlayır.
Rob Halford ilə 2004-cü ildə başlayan Reunion konsertləri bütün dünyada böyük əks-səda oyandırır və ardından 2005-ci ildə "Angel Of Retribution" albomu ilə qrup karyerası boyu ən böyük uğurunu qazanır. Rob Halford, Judas Priest ilə birlikdə 15 ilin ardından ilk dəfə albom hazırlamışdı. Beləliklə Priest köhnə günlərinə təkrar qayıtmış oldu. Son studiya albomları isə "Nostradamus" oldu. "Nostradamus" adlı albom Priest tarixindəki ilk konsept iş və tam olaraq 1 saat yarımlıq bir qeyd oldu.
2010-cu il Judas Priest üçün daha çox "turne" ili oldu və qrup "British Steel" albomu şərəfinə təşkil etdiyi konsertlərin Floridadakı performansını DVD və Live albom olaraq satışa çıxardı. DVD və konsert albomu olaraq satışa çıxarılan boxset, 2010-cu ilin iyun ayında çıxdı. 2011-ci il 20 aprel tarixində K. K. Downing qrupdan ayrıldı və yerinə Richie Faulkner gəldi.