Julian Respublikası

Julian Respublikası (port. República Juliana) — öz müstəqilliyini bir tərəfli elan edən, Braziliyanın Santa-Katarina vilayətində 1839-cu ilin 24 iyuldan 15 noyabrına qədər mövcud olmuş dövlət.

Tarixi dövlət
Julian Respublikası
port. República Juliana
Bayraq
Bayraq
«port. «Liberdade, Igualdade, Humanidade»
(«Azadlıq, bərabərlik, humanizm»)
»
 
 
1839 — 1839

Rəsmi dilləri portuqalca
İdarəetmə forması Respublika
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Julian Respublikası Farrapus müharibəsi zamanı 1839-cu ilin 24 iyulda qurulur. Belə ki, Cüzeppe Qaribaldinin dəstəyi üsyançılar Laqunu ələ keçirirlər və adını Julian olaraq dəyişirlər. Bununla belə vilayətin paytaxtı olan Deşterru şəhərini tutmaq mümkün olmur. Üsyançıların donanması imperiya qüvvələri tərəfindən Massiambu çayında darmadağın edilir.

Yeni respublika cəmi dörd ay yaşaya bilir. Artıq noyabrda imperiya qüvvələri Laqun şəhərini ələ keçirir. Bundan sonra üsyançılar Santa-Katarina vilayətini tərk etməli olurlar.

Əlavə məlumat

[redaktə | mənbəni redaktə et]